nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər

Date: 7 okt 2026

Location: 4770, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı : Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər

Kateqoriya :İxtisaslı fəhlə

Dərəcə : 6

Müəssisə :SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat :Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi

Struktur bölmə :Elektrik avadanlıqlarının təmiri və rele mühafizə sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Avadanlıqlarda nəzarət ölçü cihazlarının təmirini aparmaq;
  • Termoplastın elektron idarəetmə blokunu təmir etmək;
  • Termostatın istilik ölçən cihazlarını təmir etmək;
  • Avadanlıqlarda maqnit işə salıcıları təmir etmək;
  • Vakum peçlərində elektron hissələri və rejim tənzimləyicilərini, idarəetmə pultlarını təmir etmək;
  • Manometrləri təmir etmək;
  • Meqometrlərdə təmir işlərini aparmaq;
  • Ventilasiya sistemlərini təmir etmək;
  • Qoşulma və dayanma düymələrini təmir etmək;
  • Sarğıcların qoşulmasını aparmaq;
  • İnduktiv peçlərin işə salıcılarını təmir etmək;
  • Mikrosxemləri dəyişdirmək;
  • Avadanlıqların rejimləri sıradan çıxdıqda rejimləri sazlamaq;
  • Sobalarda temperatur tənzimləyicilərini təmir etmək;
  • Termoplast avtomatları təmir etmək və sazlamaq;
  • Avadanlıqlarda temperatur rejiminə nəzarəti təmin edən cihazlara baxış keçirmək;
  • Sınaq stendlərini təmir etmək;

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • Avtomatika-metrologiya avadanlıq-qurğularına baxış
  • Avtomatika-metrologiya avadanlıq-qurğularına qulluq
  • Avtomatika-metrologiya avadanlıq-qurğularının təmiri
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil :İlk peşə - ixtisas təhsili

Staj : Staj tələbi yoxdur

Iş şəraiti : Quruda

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı:  4.84 AZN (saatlıq)

Əlavə: Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta :Təmin olunur

 İş yerinə çatdırılma :Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.

İŞ REJİMİ

5 gün 8 saatlıq : İş saat 8:00-da başlayır, 17:00-da bitir.

Nahar fasiləsi: 12:00-13:00

 

Qeyd: Vakansiya elanı və ya müsabiqə proseduru barədə suallar yarandığı təqdirdə "azneft.ird@socar.az" email ünvanına müraciət edə və yaxud 27168, 41030, 11147 daxili telefon nömrələrindən hər hansı biri ilə əlaqə saxlaya bilərsiniz.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.