metal tökücüsü
Date: 7 okt 2026
Location: 4770, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR
Vəzifənin adı : Metal tökücüsü
Kateqoriya : İxtisaslı fəhlə
Dərəcə : 4
Müəssisə : SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat : Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi
Struktur bölmə : Çuqun tökmə sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Modellərin hazırlamaq;
- Yanmış qumla gili qarışdırmaq;
- Hazırlanmış qarışığı qəlibə tökmək;
- Qəlibə tökülmüş qarışığın model halına gətirilməsi üçün presləmək;
- Plastı tarazlamaq, preslənmiş qəlibləri formadan çıxarıb, plasta yerləşdirmək
- Oxları qəliblərə düzmək;
- Üst salı plitələrin təmizləmək, halqaları otuzdurmaq;
- Kovşu futerləmək, qurutmaq, qızdırmaq;
- Yüklənmiş kovşu qəliblərə tökmək;
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
- Metal və metal qarışığın əridilməsi
- Detalların təmizlənməsi və yonulması
- Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Təhsil : Tam orta təhsil
Staj : Ştaj tələbi yoxdur
Iş şəraiti :Quruda
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 3.84 AZN (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 12% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta :Təmin olunur
İş yerinə çatdırılma :Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.
İŞ REJİMİ
5 gün 8 saatlıq : İş saat 8:00-da başlayır, 17:00-da bitir.
Nahar fasiləsi: 12:00-13:00
Qeyd: Vakansiya elanı və ya müsabiqə proseduru barədə suallar yarandığı təqdirdə "azneft.ird@socar.az" email ünvanına müraciət edə və yaxud 27168, 41030, 11147 daxili telefon nömrələrindən hər hansı biri ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.