Vəzifənin adı:  Xətt baxıcısı

Travel:  0 - 10%
Description: 

Uzun Təsvir

  • Əvvəlcədən təsdiq edilmiş illik plan əsasında orta təzyiqli qaz xətlərinə və üzərində yerləşən bütün növ avadanlıqlara (QPS, QTM, QTŞ və s.) texniki baxışın həyata keçirilməsini təmin etmək.
  • Qaz şəbəkəsi avadanlıqlarının vizual müayinəsini aparmaq, texniki sazlığını və yararlılığını yoxlamaq.
  • Qazanalizator və digər vasitələrlə yivli və qaynaq birləşmələrinin kipliyini yoxlamaq, aşkar edilmiş qaz sızmalarını və nasazlıqları raportlarda qeyd etmək.
  • Zəruri hallarda qaz təchizatının dayandırılması barədə xidmət rəhbərini məlumatlandırmaq, qəza təhlükəsi yaradan hallarda isə dərhal qəza-dispetçer xidmətinə məlumat vermək.
  • Texniki baxış və təmir işlərinin nəticələrinin, aşkar edilmiş nasazlıqların və görülmüş tədbirlərin müvafiq raport və jurnallarda düzgün qeyd olunmasına nəzarət etmək.
  • Yerüstü qaz kəmərlərinin marşrut xəritələrinə uyğun olaraq ildə ən azı 4 dəfə yoxlanılmasını və vahid prosedur əsasında texniki baxışın aparılmasını təmin etmək.
  • Yerüstü qaz kəmərlərində qaz sızmaları, dayaqların vəziyyəti, bağlayıcı armatur, mühafizə vasitələri, bərkidilmə və rənglənmə vəziyyətini yoxlamaq və nəticələri qeydiyyata almaq.
  • Yeraltı qaz kəmərlərində müəyyən edilmiş dövrilik üzrə qaz sızmalarını və xarici əlamətləri aşkar etmək, quyuların, zirzəmilərin, kollektorların və digər mühəndis qurğularının qazla yoxlanılmasını həyata keçirmək, mühafizə nişanlarının və quyuların vəziyyətinə nəzarət etmək.
  • Yeraltı qaz kəmərlərində sızma və ya qaz aşkarlanması zamanı dərhal rəhbərliyi məlumatlandırmaq, qəza-bərpa briqadası gələnədək ərazinin təhlükəsizliyini təmin etmək.
  • Qaz kəmərlərinin mühafizə zonalarının pozulması və qanunsuz tikinti halları barədə rəhbərliyə məlumat vermək.
  • Qazanalizator, cihaz və qurğularla işləyərkən əmək təhlükəsizliyi qaydalarına riayət etmək və onların saz vəziyyətdə olmasına nəzarət etmək.

Bilməlidir;

  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini;
  • “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini;
  • Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini)
  • Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,  istehsalat sanitariyası  və  yanğından  mühafizənin  qayda və nоrmalarını.

Digər məlumatlar

Saatlıq taarif maaşı: 3.84 AZN
SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək 
xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir.

 

 

Qısa Təsvir

Vakansiyaya müraciət edəcək namizədlər üçün minimum tam orta təhsil tələb olunur. İş təcrübəsi tələbi yoxdur.

Qısa Təsvir

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı(həftədə 40 saat)
  •   İş yeri :                Salyan RQİİ, (Sabirabad rayonu üzrə Texniki baxış və təmir bərpa xidməti)
  •   Peşə:                   Xətt baxıcısı 
  •   ƏÖD:                    4
Şəhər: 
Business Unit:  Structural Companies