Vəzifənin adı: Texniki Nəzarət üzrə aparıcı mühəndis
Müəssisə: SOCAR DOWNSTREAM Management
Struktur vahidi: Bütünlük və Etibarlılıq Departamenti
Vəzifənin adı: Texniki Nəzarət üzrə aparıcı mühəndis
Vəzifənin icra etdiyi funksiyalar:
SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi Mövcud qaydalar,sənayenin ən yaxşı təcrübələri,beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin həyata keçirilməsi Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması,auditələrə təqdim edilməsi üşün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
Təkmilləşdirmə və inkişaf üçün verilə təklifləri icra etmək;
Aktivlərin imkanları,keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün böyük mmühəndisin dəstəklənməsi;
SDM-in sahələrində istismar edilən avadanlıqların (aparat, soba, aqreqat, kommunikasıya, boru xətləri, çən, tutum, qazqolder, yükqaldırıcı mexanizmlər və s. texniki vəziyyətinin keyfiyyətinə nəzarət üzrə işlərin yerinə yetirilməsini təmin edir;
İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılması üzrə cədvəlləri tərtib edir;
Təsdiq edilmiş cədvəllər əsasında mövcud qaydalar, texniki şərt və normalara uyğun olaraq istehsal sahələrinin avadanlığın texniki vəziyyətinə cavabdeh mühəndis-texniki işçiləri ilə birlikdə avadanlıqlarda keyfiyyətə müvafiq yoxlamalar aparır, müvafiq yoxlama və çıxdaş aktları tərtib edir;
Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama çıxdaş aktlarına uyğun olmasına nəzarət edir;
Avadanlıqların pasportlarının tərtib edilməsinə, lazım gəldikdə düzəliş və əlavələrin vaxtlı-vaxtında aparılmasına nəzarət edir;
Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir;
Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatını aparmaq, texniki baxış və yoxlamalar apararaq, keyfiyyətli istismar qaydalarına müvafiq olaraq işləməsinə icazə verir;
Ayrı-ayrı avadanlıqlarda baş vermiş qəza vəziyyətlərinin və nasazlıqların xüsusi jurnallarda qeydiyyatının aparılmasına nəzarət edir;
Avadanlıqlarda aparılan yoxlama və müayinələrin nəticələri əsasında onların istismara yararlılığının keyfiyyətli olması haqqında rəy verir;
Aşkar edilmiş nöqsanlar haqqında verilmiş rəy və təkliflərin vaxtında yerinə yetirilməsini yoxlamaq, yerinə yetirilmənin vəziyyəti haqqında böyük mühəndisə məlumat verir;
Keyfiyyətə nəzarətin aparılması təlimatlarına uyğun olaraq sobaların bütün elementlərini (borular,dirsəklər,kalaçlar,keçidlər, kərpic hörgülər, boru asılqanları, forsunkalar, mazğallar və s.) məsul şəxslərlə birlikdə keyfiyyətini yoxlayır və müvafiq qaydada sənədləşdirir;
Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir.
Vəzifə üzrə işə qəbul tələbləri:
Ali texniki təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
API 510, API 570 və API 653 beynəlxalq sertifikatlarına malik olmaq;
İngilis dilini peşəkar səviyyədə (Professional Proficiency) bilmək.