Təmirçi çilingər
Date: 6 okt 2026
Location: 4770, AZ
Company: SOCAR
Vakansiyanın təsviri
ÜMUMİ MƏLUMATLAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: Xidmət qrupu (İTTB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Təmirçi-çilingər
Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Təmir işlərinin yerinə yetirilməsi:
1.Yanacaq borularının dəyişdirilməsi
2.Hidravlik boruların dəyişdirilməsi
3.İşəsalma mexanizmlərinin dəyişdirilməsi
Boru xətlərinin və fləns birləşmələrin təmir edilməsi:
1.Flans birləşmələrinin araqatlarının təmir edilməsi
2.Siyirtmənin qapağının açılması, araqatının dəyişdirilməsi
3.Kipləşdiricinin açılması, kipgəclərin yenisi ilə əvəz edilməsi
Avadanlıqlara texniki baxış və qulluğu işlərinin yerinə yetirilməsi:
1.Avadanlığın təmizlənməsi
2.Avadanlıqların rənglənməsi
3.Avadanlıqda boşalmış hissələrin bərkidilməsi
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Peşə təhsili (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
- İş təcrübəsi tələb olunmur.
- Üzmə bacarığı haqqında sənəd tələb olunur.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dürüstlük,
Etik davranış,
Keyfiyyət yönümlülük,
Məsuliyyət,
Nizam-intizam,
Peşəkarlıq,
Şifahi özünüifadə,
Texnoloji avadanlıq-qurğulara baxış
Texnoloji avadanlıq-qurğuların təmiri
Texnoloji avadanlıq-qurğuların sökülməsi
Mexaniki emal işləri
Mexaniki avadanlıq-qurğuların istismarı
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 4.8 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.
- Zərərli iş şəraitinə görə əlavə 4 % ödəniş edilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
•Təmir edilən avadanlığın, aqreqat və maşınların konstruktiv xüsusiyyətlərini;
•Avadanlığın, aqreqat və maşınların təmirinə, yığılması, sınanması və nizamlanmasına və düzgün qurulmasına qoyulan texniki şərtləri;
•Avadanlığın təmiri yığılması və quraşdırılması üzrə texnoloji prosesi;
•Maşınların statik və dinamik tarazlığı üçün avadanlığın sınanma qaydalarını, mürəkkəb nişanlama üzrə həndəsi quruluşları;
•Detalların vaxtından əvvəl aşınmasını müəyyən etmə üsullarını;
•Köhnəlmiş detalları bərpa edib möhkəmləndirmə və qoruyucu örtüyü vurma üsullarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Elanın bitmə tarixi: 08.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.