Vəzifənin adı:  Təmir emalatxanası üzrə təmirçi çilingər

Description: 

Long Description

Vəzifənin adı: Təmir emalatxanası üzrə təmirçi çilingər

 

SOCAR Downstream MMC, Karbamid zavodu, Təmir bölümündə Təmir emalatxanası üzrə təmirçi çilingər vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək;
  • Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
  • Metal və qeyri metalların xüsusiyyətlərini bilməli və uyğun alət və tərtibatlardan istifadə etməlidir;
  • Armaturların dəzgaha bərkidilməsi, sınaq təzyiqinə uyğun test edilməsi, təmiri və tənzimlənməsi və müvafiq sənədləşmənin təşkilində iştirak etmək;
  • Fırlanan avadanlıqların rotor hissəsinin balans dəzgahına yerləşdirilməsi, balans olunacaq rotorun parametrlərin daxil edilməsi , İSO1940, TSE 2576 standartlarına uyğun olaraq balans keyfiyyət dərəcəsinin avadanlığın tipinə uyğun seçilməsi, balans nəticəsi haqqında hesabat sənədlərinin hazırlanması;
  • Təmir emalatxanasında hazırlanacaq detallar üçün metal və qeyri metal pəstahların doğrama dəzgahında kəsilməsi;
  • Tabe olduğu birbaşa rəhbərin göstərişi əsasında işi beynəlxalq standartlara uyğun və təhlükəsiz yerinə yetirməlidir;
  • Təmir emalatxanasında armaturların (siyirtmə və klapan, Qoruyucu klapan(PSV)) təmirinin ən müasir həll yollarını bilməli, səmərəli iş və metod tətbiq etməlidir;
  • İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir;
  • Hazırlanmalı olan detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək;
  • Cilalama və kəsmə  avadanlıqları ilə təhlükəsiz və səmərəli şəkildə kəsmə və cilalama işlərində bacarığa malik olmalı;
  • Zərurət yarandığı halda boru və metal konstruksiyaların eskizə əsasən quraşdırılması, bərpa edilməsi. Qaynaq öncəsi borunun və ya digər detalların kəsilməsi və kənarının bucaq altında cilalanması.

 

 

.

Namizədə tələblər:

  • 3 il müvafiq sahə üzrə iş stajı;
  • Qoruyucu klapanların təmiri və testi üzrə sertifikat arzuolunandır.


İş yeri: SOCAR Karbamid

 

Son müraciət tarixi: 27 noyabr 2026 

 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az  ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.