SƏTƏM üzrə texnik

Date: 1 sen 2026

Location: Bakı

Company: SOCAR

Müəssisə: Heydər Əliyev adına Neft Emalı Zavodu

Struktur vahidi: SƏTƏM

Vəzifənin adı: SƏTƏM üzrə texnik

 

Vəzifənin icra etdiyi funksiyalar:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsinə dəstək vermək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi işində iştirak etmək;
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;
  • SƏTƏMM şöbəsi adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;
  • Müəssisənin müvafiq bölmələri ilə birlikdə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;
  • Müvafiq müddətə və müayinədən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlamaq;
  • Aşağıdakılara nəzarəti həyata keçirilməsinə SƏTƏM şöbəsinə dəstək vermək:

-     SƏTƏM üzrə tələblərinə əməl edilməsinə;

-     fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə;

-     təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə;

-     sahədə qaz test işlərinin icra etmək və qeydiyyatını tutmaq;

-     sahədə səs ölçmə, alkotest, külək ölçmə və digər ölçmə işlərini icra etmək və qeydiyyatını tutmaq;

 -   avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə nəzarət etmək;

-   ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinin yoxlanılması işində iştirak etmək;

-   qoruyucu və mühafizə vasitələrinin vəziyyətinin yoxlanımasına;

- əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə;

-   xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə nəzarətə;

  • SƏTƏMM üzrə tətbiq edilən müəssisə daxili sənədlərin işçilərin nəzərinə çatdırılmasına dəstək vermək;
  • Əməyin mühafizəsi təlim kabinetinin işinə, müəssisədə SƏTƏM üzrə informasiyanın və təbliğatın təşkili, bu məqsəd üçün daxili radio qovşağı, video və kinofilmləri, müəssisənin az tirajlı mətbuatını, divar qəzetini və s. istifadə etməklə işçiləri maarifləndirmə işində iştirak etmək;
  • Tələb olunduqda, müəssisə daxili proseduraların tələblərinə əsasən audit, yoxlama, monitorinq işlərini aparmaq;
  • Tələb olunduqda, baş vermiş hadisələri araşdırmaq üçün zəruri məlumatları toplamaq, ilkin araşdırma etmək və hesabatı xətti rəhbərinə təqdim etmək;

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Tam orta və ya ali təhsil;
  • SƏTƏM sahəsində sertifikatların olması üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sənaye sahəsində keçirilmiş ixtisasartırma kurslarının (əgər varsa) keçilməsi üstünlükdür;
  • •Fiziki dözümlülük və obyektlərdə hərəkət etmək qabiliyyəti;
  • •Tələbləri düzgün və aydın izah etmək bacarığı, effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
  • •İntizamlılıq, dəqiqlik və məsuliyyətli yanaşma;
  • •Özünü idarəetmə və təşəbbüskarlıq, tapşırıqları nəzarətsiz icra etmə bacarığı;