Vəzifənin adı:  Qaz təsərrüfatının nəzarətçisi (Ağsu RQİİ, Şamaxı rayonu, Müayinə və istismar qəbul xidməti)

Description: 

Vakansiyanın təsviri:

🔹 Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Ağsu Regional Qaz İstismarı İdarəsi

🔹 Struktur vahidi: Şamaxı rayonu üzrə Müayinə və istismara qəbul xidməti

🔹 İş yeri: (Şamaxı şəhəri)

🔹 Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi

🔹 Dərəcə:(ƏÖD) 05

🔹 Saatlıq əmək haqqı: 4.33 AZN

🔹 Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

🔹 İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə  40 saat)

🔹 İş yerinin ünvanı: Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 1 

Vəzifə funksiyaları:

🔹 Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək.

🔹 Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq.

🔹 Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyən etmək.

 🔹 Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək.

🔹 İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq.

🔹 Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq üçün giliz və təhlükəsizlik tədbirlərini təmin etmək.

🔹 Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq.

🔹 Qaz cihaz və avadanlıqlarının sertifikatlı və istifadəyə yararlı olmasını yoxlamaq.

🔹 Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək.

🔹 Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq.

🔹 Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək.

🔹 İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək.

🔹 Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək.

🔹 Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq.

🔹 İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək.

🔹 Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək.

🔹 Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq.

 

Bilməlidir

🔹 Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;

🔹 Qazdan istifadə Qaydalarını; 

🔹 Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;

🔹 Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;

🔹 Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;

🔹 Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;

🔹 Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;

🔹 Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;

🔹 Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını.

🔹 Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;

🔹 Görülən işlərin texnoloji prosesini;

🔹 Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;

🔹 İstifadə edilən alət və inventarları;

🔹 Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;

🔹 Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını;

🔹 İstehsalat və əmək intizamı qaydalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər

🔹 Tam orta təhsil.

🔹 İş təcrübəsi tələbi yoxdur.

🔹 Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Vəzifənin tələb etdiyi səriştəliklər:

🔹 Dürüstlük

🔹 Etik davranış

🔹 Məsuliyyət

🔹 Nizam-intizam

🔹 Şifahi özünü ifadə

Digər məlumatlar:

🔹 Tibbi sığorta - təmin edilir

🔹 İş yerinə çatdırılma - təmin edilmir

🔹İş yeri: Ağsu RQİİ, Şamaxı rayonu

🔹Son mürciət tarixi: 31.08.2026