Yeraltı boru kəmərlərinin korroziyadan qorunması üzrə montyor
Date: 13 avq 2026
Location: Naxçıvan, AZ
Company: SOCAR
SOCAR “Qaz İxrac” İdarəsi (Qİİ) Naxçıvan Magistral Qaz Kəmərləri sahəsinin Korroziyadan mühafizə xidmətində yeraltı boru kəmərlərinin korroziyadan qorunması üzrə montyor peşəsinə əməkdaş axtarır.
Peşə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın “Qaz İxrac” İdarəsi
Struktur vahidi: Naxçıvan Magistral Qaz Kəmərləri sahəsi, Korroziyadan mühafizə xidməti
Peşənin adı: yeraltı boru kəmərlərinin korroziyadan qorunması üzrə montyor
Dərəcə: 5
Maaş: 4,33 saatlıq tarif (693,54 manat)
İş rejimi: Tam iş vaxtı (həftədə 5 gün/ 40 saat)
Vəzifənin icra etdiyi funksiyalar:
- Təmir, quraşdırma, sazlama və s. işləri yerinə yetirmək;
- Katod mühafizə qurğularını quraşdırmaq;
- Yeraltı boru kəmərlərində və mürəkkəb korroziya şəraitində azmış cərəyan mənbələrinin ölçülərini aparmaq;
- Torpağın korroziya aktivliyi dərəcəsini müəyyən etmək;
- Boru kəmərlərində və cərəyan mənbələrində elektrik ölçülərinin işlənməsi, “rels-torpaq” potensiallarının ölçülməsi, korroziya təhlükəsi dərəcəsinin müəyyən olunmasını təmin etmək;
- Zahirən və alətlərlə boru kəmərinin izolyasiya örtüyünü yoxlamaq;
- Boru kəmərinin ayrı-ayrı hissələri üçün əlavə mühafizənin lazım olmasını müəyyən etmək;
- Boru kəmərləri təmir edildikdə izolyasiyanın dəyişdirilməsinə nəzarət etmək;
- Korroziyaya qarşı mühafizə zamanı orta mürəkkəbliyə malik ölçü cihazlarını sazlamaq və təmir etmək;
- İşləyən boru kəmərinə katod çıxışlarının termit qaynağı işlərində iştirak etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək;
- Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək;
- Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemində (SOIMS) nəzərdə tutulan tələblərinə əməl etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Tam orta təhsil
- Azərbaycan vətəndaşı
- Naxçıvan MR-da yaşayan namizədlərə üstünlük verilir.
- Avtomatik katod mühafizəsi stansiyalarının və avtomatik elektrodrenaj qurğularının konstruksiyası və prinsipial sxemi;
- azmış cərəyanların yayıldığı yeraltı kommunikasiyaların çox sıx yerləşdiyi zonalarda və azmış cərəyan mənbələrində elektrik ölçüləri aparılması metodikası;
- Torpağın korroziya aktivliyinin müəyyən edilməsi üsulları;
- İzolyasiya örtükləri tipləri və onlara olan texniki səbəblər;
- Elektrokimyəvi mühafizə avadanlıqlarının quruluşu;
- Universal korroziya ölçü cihazları, turşu və qələvi akkumulyatorları ilə işləmə qaydaları;
- İşləyən boru kəmərlərinə katod çıxışlarının termit-qaynaq edilməsi işlərinin aparılması qaydaları, elektrotexnikanın əsasları;
- İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmaları.
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Güzəştli istirahət imkanı;
- Faktiki iş günlərinə uyğun gündəlik 5 manat yemək xərci