Mexanik (Nəqliyyat üzrə, Naxçıvan şəhəri)
Date: 24 avq 2026
Location: Naxçıvan, AZ
Company: SOCAR
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti
Struktur vahidi: 1 saylı AXTS-nin 6 saylı avtomobil dəstəsi
Vəzifənin adı: Mexanik (Nəqliyyat üzrə, Naxçıvan şəhəri)
Dərəcə: 11
Vəzifə maaşı: 1090,00 manat
İş rejimi : Tam iş vaxtı (həftədə 40 saat)
Vəzifənin icra etdiyi funksiyalar:
- Sahə rəisi tərəfindən avtonəqliyyat vasitələrinin təmirinin həyata keçirilməsinə dair tapşırığı əldə etmək;
- Təmir işlərinə cəlb olunacaq işçilərin təlimatlandırılması və təlimat vərəqələrinə məlumatları qeyd etmək;
- Aparılacaq təmir işlərinin planlaşdırılması və plana müvafiq olaraq xidmət sahəsinin işçilərinə tapşırıqların təyin olunmasında iştirak etmək;
- Avtonəqliyyat vasitələrinin təmirinə dair plan tapşırıqlarının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
- Təmir olunacaq avtonəqliyyat vasitələrinə ilkin baxışın keçirilməsi və nasazlığın araşdırılması üzrə işlərə nəzarət etmək;
- İlkin araşdırma nəticəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sıradan çıxmış və ya təmir olunması mümkün olan ehtiyat hissələrinin müəyyənləşdirilməsi üzrə işlərə nəzarət etmək;
- Sıradan çıxmış ehtiyat hissələrinin yenisi ilə dəyişdirilməsi məqsədilə sifarişin hazırlanmasında iştirak etmək;
- Yeni alınmış ehtiyat hissələrinin sıradan çıxmış ehtiyat hissələri ilə dəyişdirilməsi üzrə işlərə nəzarət etmək;
- Təmir olunması mümkün olan ehtiyat hissələrinin bərpası üzrə işlərə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin üzərinə quraşdırılmış ehtiyyat hissələrinin qüsur və quraşdırma aktlarını tərtib etmək və sahə rəhbərliyinə təqdim etmək;
- Nəqliyyat vasitələrində aparılmış texniki qulluq və təmir işlərinin təmir qeydiyyat jurnalında qeydiyyatını aparmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək;
- İşlərin icrası barədə tərtib edilən aktların yoxlanması və müvafiq qaydada təhvil verilməsi işlərində iştirak etmək;
- İşdən öncə təlimat vərəqələrinin tərtib etmək;
- İstifadədən çıxmış avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin təhvil verilməsi üzrə işləri icra etmək;
- Texniki qulluq qrafikinə əsasən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair tapşırığı əldə etmək;
- Texniki qulluq işlərinə cəlb olunacaq işçilərin təlimatlandırmaq və təlimat vərəqələrinə məlumatları qeyd etmək;
- Aparılacaq texniki qulluq işlərinin planlaşdırılması və plana müvafiq olaraq xidmət sahəsinin işçilərinə tapşırıqların təyin olunmasında iştirak etmək;
- Avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair plan tapşırıqlarının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
- Texniki xidmət göstəriləcək olan avtonəqliyyat vasitələrinə ilkin baxışın keçirilməsi və nasazlıqların araşdırılması üzrə işlərə nəzarət etmək;
- Sıradan çıxmış ehtiyat hissələrinin yenisi ilə dəyişdirilməsi məqsədilə sifarişin hazırlanmasında iştirak etmək;
- Yeni alınmış ehtiyat hissələrinin sıradan çıxmış ehtiyat hissələri ilə dəyişdirilməsi üzrə işlərə nəzarət etmək;
- Təmir olunması mümkün olan ehtiyat hissələrinin bərpası üzrə işlərə nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək;
- İşlərin icrası barədə tərtib edilən aktların yoxlanması və müvafiq qaydada təhvil verilməsi işlərində iştirak etmək;
- İşdən öncə təlimat vərəqələrini tərtib etmək;
- İstifadədən çıxmış avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin təhvil verilməsi üzrə işləri icra etmək;
- Xəttə buraxılan və xətdən qayıdan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üzrə işlərin təşkil etmək;
- Xəttə buraxılmamışdan qabaq nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarəti həyata keçirmək;
- Xətdən qayıtdıqdan sonra nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarəti həyata keçirilməsi və onun texniki vəziyyətinə uyğun olaraq dayanacağa və ya təmirə göndərilməsini təmin etmək;
- Nəqliyyat vasitələrinin fasiləsiz, düzgün istismarını, saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasını təmin etmək;
- Xüsusi geyim və fərdi mühafizə vasitələrinin, mal-material ehtiyatlarının daim izlənməsi və vaxtında tələbnamələrin hazırlamaq;
- Əldə edilmiş mal-material, xüsusi geyim və fərdi mühafizə vasitələrinin təyinatı üzrə istifadəsinə nəzarət etmək;
- Xidmət sahəsi üzrə nəqliyyat vasitələrinin iş vaxtı uçotu tabelini tərtib etmək;
- Xidmət sahəsi üzrə xidməti yazı və məktub layihələrini hazırlamaq.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Ali (bakalavr) təhsil (Nəqliyyat və daşımalar),
- Minimum 2 (iki) il müvafiq sahə üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi tələb olunur.
- AXTS-nin istehsalat-təsərrüfat fəaliyyətinə aid olan normativ və başqa göstərici sənədləri, avadanlıqlarının texniki xarakteristikası, quruluş xüsusiyyətlərini;
- istismar göstəricilərini və onun texniki istismar qaydalarını, texniki-iqtisadi və istehsal planlaşdırılmasının qayda və metodlarını, müasir diaqnostikanın üsulları və metodlarını;
- Oxşar məhsulların istehsalı sahəsində qabaqcıl təcrübəni, istehsalın və idarəetmənin təşkilini;
- Texniki istismarın əsas məqsədini, problemlərini və müxtəlif avadanlıqlar və üsullar vasitəsilə nəqliyyat parkının texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsini;
- Təmir və texniki qulluğun növlərini və mahiyyətini;
- Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılmasını (atmosferin çirklənməsinin minimuma endirilməsi, hərəkət tərkibinin səslə əlaqədar təsirin azaldılması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması);
- Nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini;
- İstismar prosesində nəqliyyat vasitələrinin texniki vəziyyətinin dəyişmə səbəblərini və onlara təsir edən amilləri;
- Nəqliyyatda texniki təchizatın əsas problemlərini;
- İstismar materiallarının keyfiyyət göstəricilərini;
- Texniki qulluq və təmirlərin həyata keçirilməsi üçün texnoloji avadanlıqların təsnifatını və tətbiq sahələrini;
- Avtonəqliyyat və xüsusi texnikanın gündəlik və dövri texniki baxışını aparılmasını;
- Nasazlıqları vaxtında aşkar edib təmir tədbirləri görülməsini;
- Texnikanın istismar qaydalarına uyğun işlədilməsinə nəzarəti həyata keçirilməsini;
- Texniki sənədləri (baxış jurnalı, təmir aktı) doldurulmasını;
- Təmir zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını;
- Avtobus, yük maşını parkının texniki sazlığını qorunmasını;
- Sürücülərdən daxil olan texniki şikayətləri araşdırılmasını;
- Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə və yol hərəkətinin qayda və normalarını.
- Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri;
- Microsoft Excel, Microsoft Word, proqramlarında sərbəst işləmək bacarığı.