Böyük mühəndis (Biznes proseslərinə nəzarət şöbəsi))

Date: 7 avq 2026

Location: Naxçıvan, AZ

Company: SOCAR

Vəzifə funksiyaları:

  • Cari yoxlamaları planlaşdırmaq, dəymiş zərər və normativ hesabat üzrə qazın uçotuna nəzarət etmək;
  • Şöbə üzrə aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əhali (məişət abonentləri, güzəştli və güzəştsiz qaçqın və məcburi köçkün abonentləri) və qeyri əhali (büdcə, sənaye, ticarət, xidmət, istehsalat, qeyri istehsalat və s.) istelakçılarına təbii qazın satışına, QPS və AQPS-lərdən paylayıcı şəbəkələr tərəfindən qəbul olunan və abunəçilərə satılan təbii qazın uçotunun ölçü qovşaqlarından aparılmasına nəzarət etmək;
  • Sərfölçmə qovşaqlarında olan sərfölçən cihazların və qaz sayğaclarının işində yaranmış nasazlıqların vəziyyətini öyrənmək, onların  aradan  qaldırılması üçün rəhbərliyə  məlumat vermək;
  • Yeni texnologiyalar vasitəsi ilə ölçü qovşaqlarında cihazların vəziyyətinin müəyyən edilməsinə, ölçü qovşağının parametrlərinə nəzarət etmək;
  • Nəzarət və təsərrüfat hesablı sərfölçmə cihazlarının (sayğacların) və ölçü qovşaqlarının texniki vəziyyətinin mövcud normativ-hüquqi və normativ-texniki sənədlərin tələblərinə uyğunluğuna, yeni texnologiyaların tətbiqinə, uçotunun avtomatlaşdırılmasına və mərkəzləşdirilməsinə yönəldilən tədbirləri  işləyib hazırlamaq;
  • Balans və billinq məlumatlarını toplamaq, təhlil etmək və problemli sahələri müəyyənləşdirmək;
  • Müvafiq sahə üzrə qaz qurğularının, avadanlıqlarının sazlanması və layihə-smeta sənədlərinin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlər görmək və nəzarət etmək;
  • Əhali və qeyri-əhali istehlakçıları sektorunda, həmçinin fərdi istixanalarda təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısını almaq, bununla bağlı yerlərdə xidmət sahələrinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə yoxlamalar aparmaq.
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək və rəhbərliyin tapşırıqlarını icra etmək.

Bilməlidir:

 

  • “Qaz təchizatı haqqında” qanunu;
  • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu;
  • “Vətəndaşların müraciətləri haqqında” qanunu;
  • “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunu;
  • “Ölçmə vasitələrinin yoxlanılması qaydası və yoxlama nişanına dair tələblər”i, qazdan istifadə qaydaları”nı;
  • “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nı,
  • Azərbaycan Respublikasının Dovlət tikinti normalarını, qazın qəbulu və təhvili ölçü qovşaqlarında quraşdırılmış cihazların (sayğacların) tiplərini və qazburaxabilmə qabiliyyətini, istismarda olan qaz sayğaclarının (cihazlarının) dövri yoxlama müddətlərini, təbii qazın fiziki xüsusiyyətlərini və kimyəvi tərkibinin analizlərinin aparılması metodlarını, təbii qazın ölçü qovşaqlarında fəaliyyət göstərən texniki avadanlıqların və ölçü cihazlarının (sayğacların) iş prinsiplərini, göstəricilərinin tədqiqat metodlarını, hesabatların aparılması qaydalarını, qaz sərfinin (həcminin), təzyiqin ölçü vahidlərini və bar ölçü sistemindən digər ölçü sisteminə keçidlərini.

 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 3 il iş təcrübəsi;
  • Ofis proqramları və “Azəriqaz” İstehsalat Birliyində istifadə olunan ixtisaslaşmış proqram təminatları üzrə yaxşı biliklər;
  • Analitik düşünmə və təhlil aparmaq bacarığı;
  • Hesabat sənədləri ilə işləmək bacarığı;
  • Komandada işləmək təcrübəsi və funksional əlaqələri idarə etmək bacarığı.

 

Əlavə qeydlər:

  • Vəzifənin dərəcəsi (ƏÖD): 14
  • İş yeri (daimi): Naxçıvan şəhəri, Naxçıvan Regional Qaz İstismar İdarəsi