Texnik (Naxçıvan şəhəri)
Date: 27 noy 2026
Location: Naxçıvan, Naxçıvan, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Naxçıvan Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Naxçıvan şəhəri üzrə kargüzarlıq və inzibati təsərrüfatı xidməti
Vəzifənin adı: Texnik
Dərəcə (ƏÖD): 08
Saatlıq əmək haqqı: 802.00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Naxçıvan şəhəri, 52-ci məhəllə.
Vəzifə funksiyaları:
- İdarənin idаrəеtmə аpаrаtının təsərrüfаt хidməti işlərini təşkil еtmək və оnа nəzаrəti həyаtа kеçirmək;
- Təsərrüfаt məqsədləri üçün аyrılmış mаtеriаl və vəsаitin səmərəli işlədilməsinə nəzаrəti həyаtа kеçirmək;
- Rəhbərin iş yеrinin dəftərхаnа ləvаzimаtı, tехniki-təşkilаti vаsitələrlə təchiz еtmək, оnun səmərəli işləməsinə imkаn vеrən şərаitin yаrаdılmаsını təmin etmək;
- Rəhbərliyin tеlеfоn dаnışıqlаrını təşkil еtmək, tеlеfоnоqrаmlаrın göndərilməsini və qəbul еdilməsini təmin еtmək;
- Rəhbərliyin aparıcı iclas və müşavirələrinin hazırlanması işini görmək, lazım olan sənədlərin yığılmasını təmin etmək, keçiriləcək iclas və ya müşavirənin vaxtı və tarixi haqqında iştirakçıları xəbərdar etmək, onların qeydiyyatını aparmaq;;
- Rəhbərliyə ünvanlanmış gündəlik sənədlərin, arayışların və digər məlumatların Şöbələrdən götürülməsini və rəhbərliyə təqdim edilməsini, rəhbərlik tərəfindən baxıldıqdan sonra şöbələrə qaytarılmasını təmin etmək;
- Elektron sənəd dövriyyəsini - elektron poçtla sənədlərin qəbulu və ötürülməsini təmin etmək;
- İnzibati rayonlar üzrə struktur bölmələrdən hər ayın sonu iş vaxtının uçotu tabellərini tələb etmək, ümumiləşdirərək aidiyyatı üzrə təqdim etmək;
- Tаpşırıqlаrın vахtındа yеrinə yеtirilməməsinin səbəblərini müəyyən еtmək və şöbənin rəisinə оnlаrın icrаsının vəziyyəti hаqqındа məlumаt vеrmək;
- Müəyyən оlunmuş hеsаbаtı tərtib və aidiyyəti üzrə təqdim еtmək;
- Sənədlərin surətlərini çıxarmaq və aidiyyatı üzrə struktur bölmələrinə çatdırmaq;
- Şöbə rəisinin tapşırıqlarına və göstərişlərinə əməl etmək, gördüyü işlər haqqında ona mütəmadi məlumat vermək
Bilməlidir:
- Fəaliyyət sahəsinə aid Аzərbаycаn Rеspublikаsının qüvvədə olan qanunlarını, digər normativ aktları;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
- Birliyin və İdarənin əmr, sərəncam və göstərişlərini, şöbənin Əsasnaməsini və hazırki Vəzifə Təlimatını;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, dövlət dilində danışmağı, yazmağı və öz sahəsinə uyğun olan kompüter proqramlarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Tələb edilən təhsil - müvafiq sahə üzrə ali təhsili olan şəxslər;
- İş təcrübəsi - tələb edilmir.
Digər məlumatlar:
- Tibbi sığorta: Təmin edilir;
- Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir;
- Son müraciət tarixi: 05.12.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.