QAİ və təmiri üzrə çilingər (Masallı rayonu)

Date: 9 okt 2026

Location: Masallı, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

  • Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Masallı rayonu üzrə Sayğac əməliyyatları xidməti
  • Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər  
  • Dərəcə: (ƏÖD) 05
  • Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
  • Nahar ödənişi: SOCAR-ın müvafi q qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Masallı şəhəri, M.Talışxanov küçəsi 1

Vəzifə funksiyaları:

  • Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini icra etmək;
  • Sayğaca texniki baxış keçirmək və qüsurları qeydiyyata almaq;
  • Yararsız, işləməyən, müdaxilə olunmuş sayğacları əvəzləmək və ya çıxarmaq;
  • Nəzarət-ölçü cihazlarının təmirini, nizamlanmasını, sınağını, yustirlənməsini, quraşdırılmasını və məsafədən ötürmə mexanizmli avtomatik tənzimləmə qurğularının qoyulmasını həyata keçirmək;
  • Cihazların işindəki qüsurları aşkar edib aradan qaldırmaq;
  • İnzibati ərazidə hər ay müəyyən edilmiş tarixədək sayğac göstəricilərini qeydiyyata almaq və ötürmək;
  • Texniki baxış nəticəsində adi sızmaları aradan qaldırmaq, qaynaq tələb olunan hallar barədə aidiyyəti komandaya məlumat vermək;
  • Aylıq sayğac oxuma (göstəricilərin götürülməsi) prosesini icra etmək;
  • Abonentlərə Kağız və SMS bildirişləri təqdim etmək;
  • Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək;
  • Kommersiya şöbəsinin siyahıları üzrə debitor borclu abonentlərin qaz təminatını dayandırmaq və bərpa etmək;
  • Qaynaqla qaz kəsimi prosesində iştirak etmək;
  • Müdaxilə, qanunsuz yerdəyişmə və quraşdırmalar aşkarlandıqda dərhal rəhbərliyə və 104 №-li telefona operativ məlumat vermək;
  • Abonentlərlə mülayim, səmimi rəftar etməklə xidmət göstərmək.

Bilməlidir:

  • Qaz cihazlarının (məişət/sənaye), avtomatik soba və peçlərin təmiri və istismarı qaydalarını;
  • Qaz avadanlıqlarının montajı, qoşulması və şəbəkəyə qazın buraxılması qaydalarını;
  • Qaz şəbəkələri və kommunikasiyalarının yerləşmə sxemini;
  • Qaz şəbəkələrinin düzgün quraşdırılmasına və təhlükəsiz istifadəsinə nəzarət qaydalarını;
  • Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını, qaz ötürücülərinin quraşdırılması və istismarı şərtlərini;
  • “Təbii qazdan və qazdan təhlükəsiz istifadə qaydaları” təlimatlarını;
  • Əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə normalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Təhsil: tam orta təhsil.
  • İş təcrübəsi: tələb edilmir.
  • Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar:

  • Tibbi sığorta: təmin edilir;
  • İş yerinə çatdırılma: təmin edilmir.
  • Son müraciət tarixi: 12.10.2026
  • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.