Vəzifənin adı:  Masallı rayonu üzrə Sayğac əməliyyatları xidməti, qaz avadanlıq.istismarı və təmiri üzrə çilingər

Description: 

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

Peşə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Masallı rayonu üzrə Sayğac əməliyyatları xidməti
İş yeri: (Masallı şəhəri)
Peşənin adı: qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər
Dərəcə: (ƏÖD) 05
Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: Socarın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Masallı şəhəri, Talışxanov prospekti -1

 

Vəzifə funksiyaları;

  • Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini icra etmək;
  • Sayğaca texniki baxışın keçirilməsi, qüsurların qeydiyyatının aparılmasını icra edilməsi;
  • Yararsız, işləməyən, müdaxilə, müraciət əsasında  sayğacın əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək;
  • Nəzarət ölçü cihazlarının  təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsi, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunun qoyulmasını həyata keçirmək;
  • Cihazların işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılmasını həyata keçirmək;
  • Xidmət göstərdiyi  inzibati ərazidə dövrü olaraq (hər ay üçün müəyyən edilmiş tarixədək) istehlakçıların sayğac göstəricilərini qeydiyyata almaq və məlumatların aidiyyəti üzrə təqdim etmək;
  • Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşurutu üzrə plana uyğun, həmçinin plandan kənar texniki baxış işlərinin icra etmək;
  • Texniki baxışın nəticələrinə əsasən sızma hallarının qarşısının alınmasını həyata keçirmək;
  • Texniki baxışın nəticələrinə əsasən qaynaq tələb olunan sızma hallarının qarşısının alınmasını üçün məlumatların müvafiq komandaya təqdim etmək;
  • Aylıq sayğac oxuma prosesini icra etmək (göstəricilərin götürmək);
  • Abonentlərə Kağız və SMS bildirişlərin təqdim etmək;
  • Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək;
  • Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə debitor borclu abonentlərin qaz təminatını dayandırmaq;
  • Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə abonentlərin qaz təminatını bərpa etmək;
  • Qaynaqla qaz kəsimi zamanı prosesdə iştirak etmək;
  • Xidməti ərazidə qaz xətlərinə, onların üzərində quraşdırılan avadanlıqlara, ölçü cihazlarına bütün növ müdaxilələrin - qaz xətləri, qaz sayğacları və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
  • Müdaxilə, qanunsuz yerdəyişmə, quraşdırmalar aşkarlandığı təqdirdə dərhal xidmət rəhbərliyinə və 104 №-li telefon nömrəsinə operativ məlumat vermək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, həmçinin sanitariya-gigiyena və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
  • Abonentlərlə mülayim, səmimi rəftar etməklə xidmət göstərmək.

Bilməlidir;

  • Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını;
  • Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
  • Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
  • Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
  • Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını;
  • Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini;
  • “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər:

Tam orta təhsil.

İş təcrübəsi tələbi yoxdur.

Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Peşənin tələb etdiyi səriştəliklər:

  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Nizam-intizam
  • Şifahi özünüifadə

Digər məlumatlar;

  •   Tibbi sığorta:                Təmin edilir
  •   İş yerinə çatdırılma:     Təmin edilmir

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, dürüstlük və etika, komanda işi, hörmət, məsuliyyət və davamlı inkişaf dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.