Vəzifənin adı:  Maliyyə nəzarəti üzrə mütəxəssis

Travel: 
Description: 

 

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR DOWNSTREAM MANAGEMENT 

Struktur vahidi: Maliyyə nəzarəti

Vəzifənin adı: Maliyyə nəzarəti üzrə mütəxəssis 

 

 

Vəzifənin icra etdiyi funksiyalar:

  • Aylıq maliyyə nəticələrinin təhlilini aparmaq;
  • Büdcə və faktiki göstəricilər arasındakı fərqlərin təhlilini aparmaq və izahlarını hazırlamaq;
  • İstehsal, əməliyyat və inzibati xərclərin monitorinqini həyata keçirmək;
  • Məhsul və istehsal sahələri üzrə maya dəyəri analizlərinin hazırlanmasına dəstək vermək;
  • Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq və təhlil etmək;
  • SAP ERP və digər informasiya sistemlərindən məlumatların əldə edilməsi və emalını həyata keçirmək;
  • Maliyyə göstəriciləri üzrə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
  • Büdcə hazırlanması və proqnozlaşdırma proseslərində iştirak etmək;
  • Daxili nəzarət prosedurlarının tətbiqinə dəstək göstərmək;
  • Audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq;
  • Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərini və xüsusi hesabatları hazırlamaq.

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (MBA dərəcəsi üstünlükdür);
  • ACCA, CIA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatların tam və ya qismən əldə olunması üstünlükdür;
  • Maliyyə təhlili, idarəetmə uçotu, büdcələmə və maliyyə nəzarəti üzrə güclü nəzəri biliklər;
  • MS Excel proqramını yüksək səviyyədə bilmə;
  • SAP ERP və ya digər ERP sistemləri ilə işləmə bacarığı;
  • Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmə.   
Şəhər: 
Business Unit:  Downstream