Vəzifənin adı:  Elektrik qaz qaynaqçısı

Travel:  0 - 10%
Description: 

Bilməlidir:

  • Müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını;
  • Qaynaq edilən müxtəlif növ metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini;
  • Tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini;
  • Məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını;
  • Xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunmasını;
  • Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini;
  • Qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını;
  • Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını;
  • Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini;
  • Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını;
  • Müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını;
  •       İstehsalat və əmək intizamı  qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin  qayda və nоrmalarını.

Vəzifə funsiyaları:

Müxtəlif poladlar, əlvan metallar və ərintilərdən hazırlanmış mürəkkəb aparat, qovşaq, boru və polietilen kəmərlərinin əl ilə qövs və plazma qaynağını, həmçinin əl, oksigen və hava-plazma ilə kəsilməsini yerinə yetirmək;
Karbonlu, legirlənmiş və xüsusi poladlardan, eləcə də çuğundan hazırlanmış mürəkkəb və məsul detalların əl ilə qövs və oksigenlə kəsilməsini (yonulmasını) icra etmək;
Blok şəklində hazırlanmış məsul konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək;
Mürəkkəb detal və qovşaqları lehimləmək;
Fəaliyyətdə olan qaz kəmərlərində oyuqların açılması, boruların kəsilməsi, qaynaq üçün detalların hazırlanması və kəsilmiş hissələrin qaynaq edilməsini icra etmək;
Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq, qaz kəmərlərində təzyiqi ölçmək, kipləşdirici qurğuların və qapayıcıların vəziyyətini yoxlamaq;
Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək, uyğun elektrod və aşqar məftilləri seçmək;
Qaz kəmərlərində gücləndirici muftaları quraşdırmaq və qaz sızmalarını aradan qaldırmaq;
Odluq və kəsicilərin cari təmirini, kəsmə zamanı nişanlama və uyğunlaşdırma işlərini yerinə yetirmək;
Binadaxili qaz kəmərlərində kəsik aparmaq, kondensat yığıcılarını, hidravlik örtgəcləri, deformasiyaya uğramış qapayıcıları, çarxları, kompensator və siyirtmələri kəsmək;
Orta mürəkkəblikdə cizgiləri oxumaq.

Kvalifikasiya tələbləri:

5-ci dərəcəli Elektrik qaz qaynaqçısı peşəsi üçün müvafiq sahə üzrə peşə təhsili və yaxud sertifikat tələb olunur.

Vəzifə (tarif) maaşı:

  • Saatlıq 4,33 manat
  • SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir.

Digər məlumatlar:

Tibbi sığorta: Təmin edilir

İş rejimi:         Tam iş vaxtı (həftədə 40 saat)

Şəhər:  Lankaran
Business Unit:  Structural Companies