Vəzifənin adı: Elektrik qaz qaynaqçısı (Masallı rayonu)
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri;
Vəzifə haqqında məlumat:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Masallı rayonu üzrə Texniki baxış və təmir-bərpa xidməti
Vəzifənin adı: elektrik qaz qaynaqçısı
Dərəcə (ƏÖD): 05
Saatlıq əmək haqqı: 4.33 AZN (Vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Masallı şəhəri, M.Talışxanov küçəsi 1
Vəzifə funsiyaları;
- Müxtəlif poladlar, əlvan metallar və ərintilərdən hazırlanmış mürəkkəb aparat, qovşaq, boru və polietilen kəmərlərinin əl ilə qövs və plazma qaynağını, həmçinin əl, oksigen və hava-plazma ilə kəsilməsini yerinə yetirmək;
- Karbonlu, legirlənmiş və xüsusi poladlardan, eləcə də çuğundan hazırlanmış mürəkkəb və məsul detalların əl ilə qövs və oksigenlə kəsilməsini (yonulmasını) icra etmək;
- Blok şəklində hazırlanmış məsul konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək;
- Mürəkkəb detal və qovşaqları lehimləmək;
- Fəaliyyətdə olan qaz kəmərlərində oyuqların açılması, boruların kəsilməsi, qaynaq üçün detalların hazırlanması və kəsilmiş hissələrin qaynaq edilməsini icra etmək;
- Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq, qaz kəmərlərində təzyiqi ölçmək, kipləşdirici qurğuların və qapayıcıların vəziyyətini yoxlamaq;
- Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək, uyğun elektrod və aşqar məftilləri seçmək;
- Qaz kəmərlərində gücləndirici muftaları quraşdırmaq və qaz sızmalarını aradan qaldırmaq;
- Odluq və kəsicilərin cari təmirini, kəsmə zamanı nişanlama və uyğunlaşdırma işlərini yerinə yetirmək;
- Binadaxili qaz kəmərlərində kəsik aparmaq, kondensat yığıcılarını, hidravlik örtgəcləri, deformasiyaya uğramış qapayıcıları, çarxları, kompensator və siyirtmələri kəsmək;
- Orta mürəkkəblikdə cizgiləri oxumaq.
Bilməlidir;
- Müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını;
- Qaynaq edilən müxtəlif növ metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini;
- Tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini;
- Məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını;
- Xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunmasını;
- Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini;
- Qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını;
- Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını;
- Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini;
- Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını;
- Müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını;
- İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
Təhsil və iş təcrübəsinə dair;
- 5-ci dərəcəli Elektrik qaz qaynaqçısı peşəsi üçün müvafiq sahə üzrə peşə təhsili və yaxud sertifikat tələb olunur.
- İş təcrübəsi tələbi yoxdur.
Digər məlumatlar;
- Tibbi sığorta - təmin edilir
- İş yerinə çatdırılma - təmin edilmir
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.
- Müraciətin son tarixi - 22.09.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.