Vəzifənin adı:  Böyük mühəndis

Travel:  0 - 10%
Description: 

Vəzifə funsiyaları:

  • Qaz təchizatı layihələrinin, prinsipial sxemlərin, situasiya planlarının və digər layihə sənədlərinin hazırlanmasını, layihələrin mühəndislik baxımından əlaqələndirilməsini təmin edir.
  • İllik və uzunmüddətli tikinti, yenidənqurma və əsaslı təmir proqramlarının hazırlanmasında iştirak edir, layihə cədvəllərini tərtib edir, icrasına nəzarət edir və müvafiq hesabatlar hazırlayır.
  • Layihə təşkilatları tərəfindən hazırlanmış layihələrin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlayır, texniki nəzarəti, ekspertizanı və layihələrin icrası zamanı texniki dəstəyi həyata keçirir.
  • Qazlaşdırılan obyektlərdə normativ tələblərə uyğun təhlükəsizlik sistemlərinin, avtomatik qazkəsmə qurğularının və təhlükəsizlik avtomatikasına malik qaz cihazlarının tətbiqinə nəzarət edir.
  • Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə məlumatların hazırlanmasını, rəqəmsal xəritələrin və elektron məlumat bazalarının formalaşdırılmasını, yenilənməsini və təhlilini təmin edir.
  • Tikinti, yenidənqurma və əsaslı təmir işlərinin gedişinə monitorinq aparır, faktiki görülmüş işləri GİS bazasına daxil edir və rəqəmsal nəzarət sistemlərinin (EyesOnSite və digər platformaların) tətbiqinə nəzarət edir.
  • Tikinti və əsaslı təmir layihələri üzrə ilkin vəziyyət, icra və yekun hesabatlarının hazırlanmasını təmin edir.
  • Birliyin sifarişi ilə həyata keçirilən tikinti və yenidənqurma layihələri üzrə tras seçimi, torpaq ayrılması və digər razılaşdırma işlərini aidiyyəti dövlət və yerli qurumlarla həyata keçirir, zərurət olduqda Birlik qarşısında vəsatət qaldırır.
  • Vəzifə fəaliyyəti ilə bağlı daxil olan məktub, müraciət və sorğuları araşdırır, cavablandırır və layihə sənədlərinin müəyyən edilmiş qaydada arxivləşdirilməsini təmin edir.
  • Peşə bilik və bacarıqlarını daim təkmilləşdirir, komissiyaların işində iştirak edir və qabaqcıl mühəndislik təcrübələrinin tətbiqinə çalışır.
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və yanğın təhlükəsizliyi üzrə qüvvədə olan normativ sənədlərin, o cümlədən SOCAR-ın "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi"nin tələblərinə riayət edir və rəhbərliyin verdiyi digər xidməti tapşırıqları yerinə yetirir.

Bilməlidir:

Sahəsinə uyğun Azərbaycan Respublikasının mövcud qanunlarını,

Digər normativ hüquqi aktları,

Sahənin Əsasnaməsini,

Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarını və Qaz təsərrüfatında Texniki İstismar Qaydalarını,

"Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı,

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 09 iyun 2015-ci il tarixli 03 №-li qərarı ilə təsdiq edilmiş AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”nı ,

Hazırki vəzifə təlimatını,

Dövlət dilində danışmağı, yazmağı və öz sahəsinə uyğun olan kompüter proqramlarını.

Digər məlumatlar:

Tibbi sığorta: Təmin edilir

İş rejimi:         Tam iş vaxtı (həftədə 40 saat)

Vəzifə (tarif) maaşı:

1212,00

SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir.

Qısa Təsvir

12-ci dərəcəli böyük mühəndis vəzifəsinə müvafiq sahə üzrə ali təhsil, müvafiq sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.

Şəhər:  Lankaran
Business Unit:  Structural Companies