Usta (Lənkəran rayonu)
Date: 20 okt 2026
Location: Lənkəran, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri;
Vəzifə haqqında məlumat:
- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
- Struktur vahidi: Lənkəran rayonu üzrə Qəza-bərpa xidməti
- Vəzifənin adı: Usta
- Dərəcə (ƏÖD): 10
- Əmək haqqı: 988 AZN (Vergi və digər ödənişlər daxil olmaqla)
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Növbəlidir
- İş yerinin ünvanı: Lənkəran rayonu, Göyşaban kəndi
Vəzifə funksiyaları;
- Qaz təchizatındakı problemlərlə bağlı məlumatları qəbul, təhlil və aidiyyəti üzrə icra etmək;
- Qəza, sızma və qaz iyi siqnalları üzrə tam təchizatlı briqadanı operativ hadisə yerinə çatdırmaq, sızmanı aşkar edib lokallaşdırmaq və ya aradan qaldırmaq;
- Qəza aradan qaldırıldıqdan sonra şəbəkəni bərpa etmək, həmçinin xarici siyirtmələr vasitəsilə idarə və təşkilatların qaz təchizatını təmin etmək;
- Görülən işlərin texniki sənədlərini tərtib etmək;
- Fəhlə briqadasını texniki istismar və təhlükəsizlik qaydaları üzrə bilavasitə iş yerində təlimatlandırmaq;
- Avadanlıqların mövcud norma, qayda və standartlara uyğun istismarına nəzarət etmək;
- Xidməti avtomobilin sazlığını və təyinatı üzrə idarə olunmasını təmin etmək;
- Qaz xətlərinə və cihazlara qanunsuz müdaxilə, qoşulma və yerdəyişmə hallarının qarşısını almaq, aşkarlandıqda koordinatlı fotoşəkili dərhal rəhbərliyə ötürmək;
- Texniki təhlükəsizlik, istehsalat sanitariyası, elektrik və yanğın təhlükəsizliyi normalarına riayət olunmasına nəzarət etmək.
Bilməlidir;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
- “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
- “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
- Qaz təchizatçılarından qaz qəbul edilən məntəqələrin adlarını, ünvanlarını;
- İri istehlakçıların adlarını, qaz xətlərinin sxemlərını;
- Kompressor stansiyaların texniki xarakteristikalarını;
- QPS-lərin siyahısını;
- Xidmət göstərdiyi ərazidə istehlakçıların təbii qazla normal və təhlükəsiz təchizatını təmin etmək üçün istismar olunan qaz kəmərlərinin sinfini və növlərini;
- Yanğından mühafizə, gigiyena və sanitariya qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər;
- Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,
- Orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,
- Ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
Digər məlumatlar;
- Tibbi sığorta - təmin edilir
- İş yerinə çatdırılma - təmin edilmir
- Son müraciət tarixi -22.10.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.