Böyük energetik (Lənkəran RQİİ)
Date: 19 noy 2026
Location: Lənkəran, Lənkəran, AZ, Lənkəran ş
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vəzifə haqqında məlumatlar;
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Texniki istismar şöbəsi
Vəzifənin adı: Böyük energetik
Dərəcə (ƏÖD): 12
Əmək haqqı: 1212 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169
Vəzifə funksiyaları;
- Enerji ehtiyyatlarından səmərəli istifadə olunmasına nəzarət etmək;
- Təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Fiziki və mənəvi cəhətdən köhnəlmiş, təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqların vaxtında yeniləri ilə əvəz edilməsi üçün tədbirlər görmək;
- Avadanlıqlara xidmət edən heyət üçün işlərin təhlükəsiz aparılması üzrə təlimatların vaxtında işlənib hazırlanmasını təşkil etmək;
- Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin saxlanması, təmiri və tənzimlənməsi işlərini təşkil etmək;
- Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağının həyata keçirilməsini təşkil etmək;
- Təmir edilmiş elektrik avadanlıqlarını istismara təhvil almaq;
- Naryadlar, göstərişlər vermək, əməliyyat danışıqları aparmaq səlahiyyəti;
- Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək;
- Sahə üzrə üzvü olduğu komissiyanın işində iştirak etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq.
Bilməlidir;
- Sahəsinə uyğun Аzərbаycаn Rеspubliкаsının qüvvədə olan qanunlarını;
- Digər normativ aktları, SOCAR- ın və Birliyin əmr, sərəncam və göstərişlərini;
- Hazırki Vəzifə Təlimatını, elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədləri tərtibi qaydasını;
- Yanğından mühafizə, gigiyena və sanitariya qaydalarını;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni;
- Dövlət dilində danışmağı, yazmağı və öz sahəsinə uyğun olan kompüter proqramlarını bilməlidir.
Təhsil və iş təcrübəsinə dair tələblər;
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur.
Digər məlumatlar;
- Tibbi sığorta: Təmin edilir;
- İş yerinə çatdırılma: Təmin edilmir.
- Son müraciət tarixi: 23.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.