Ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis (Lənkəran RQİİ)
Date: 12 noy 2026
Location: Lənkəran, Lənkəran, AZ, Lənkəran ş
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vəzifə haqqında məlumatlar;
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsi
Peşənin adı: Ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis
Dərəcə (ƏÖD): 12
Əmək haqqı: 1212 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169
Vəzifə funksiyaları;
• Tabeli təşkilatlarda ekoloji vəziyyətin araşdırılması, təhlili və nəzarəti;
• İllik ekoloji tədbirlər planının hazırlanması və şöbə rəisinə təqdimi;
• Yuxarı və nəzarət orqanlarının ekoloji göstərişlərinin/tələblərinin icrası;
• Əmək müqaviləsi, təlimatlar və təsdiqlənmiş planlar üzrə öhdəliklərin yerinə yetirilməsi;
• Tikinti, yenidənqurma layihələrinin ekoloji ekspertizası və komissiyalarında iştirak;
• Tullantısız/az tullantılı texnologiyaların tətbiqinə dair təkliflərin hazırlanması;
• Atmosfer atqılarının normasına, toz-qaz uducu qurğulara və xammala nəzarət;
• Ekoloji sahə üzrə operativ arayışların və təkliflərin tərtibi;
• Rəhbərliyin ekoloji əmr/qərarlarının icrası və şikayətlərə baxılması;
• İdarənin ekoloji fəaliyyətinin təhlili və statistik hesabatların hazırlanması;
• Struktur bölmələrə ekoloji məsələlərdə metodiki köməkliyin göstərilməsi;
• Struktur bölmələrin ekoloji statistikasının təhlili və sistemləşdirilməsi;
• Ekoloji qanunvericiliyin, normativ hüquqi aktların işdə tətbiqi;
• Təmizləyici/qoruyucu qurğuların və avadanlıqların ekoloji vəziyyətinə nəzarət;
• Qabaqcıl ekoloji təcrübənin öyrənilməsi və tətbiqi barədə təkliflər;
• Struktur təşkilatların ekoloji hesabatlarının ümumləşdirilməsi və təhlili;
• Fəaliyyətdə neft sənayesinin Vahid İdarəetmə Sisteminin (ƏMVİS) rəhbər tutulması.
Bilməlidir;
- Azərbaycan Respublikasının Ekologiya sahəsinə aid qanunlarını;
- Nazirlər Kabinetinin Qərar, Qayda, Təlimat və Sərəncamlarını;
- ətraf mühitin mühafizəsinə dair Beynəlxalq standartları;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
- Ətraf mühitin qorunması və əməyin mühafizəsiə dair digər normativ аktlаrı.
Təhsil və iş təcrübəsinə dair tələblər;
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur.
Digər məlumatlar;
- Tibbi sığorta: Təmin edilir;
- İş yerinə çatdırılma: Təmin edilmir.
- Son müraciət tarixi: 16.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.