Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis (Lənkəran rayonu)
Date: 18 noy 2026
Location: Lənkəran, Lənkəran, AZ, Lənkəran
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vəzifə haqqında məlumatlar;
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsi
Vəzifənin adı: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis
Dərəcə (ƏÖD): 13
Əmək haqqı: 1344 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169
Vəzifə funksiyaları;
• Nəzarət orqanlarının göstərişlərinə əsasən nöqsanların aradan qaldırılmasını təmin etmək;
• Müqavilə öhdəliklərini, vəzifə borclarını və təsdiq olunmuş planları icra etmək;
• Tikinti və yenidənqurma layihələrinin ekoloji ekspertizası komissiyalarında iştirak etmək;
• Tullantısız texnologiyaların və qabaqcıl ekoloji təcrübələrin tətbiqi təkliflərini vermək;
• Atqı normativlərinə, təmizləyici qurğuların və avadanlıqların ekoloji uyğunluğuna nəzarət etmək;
• Ətraf mühitin mühafizəsi üzrə operativ arayışlar hazırlamaq və şikayətlərə baxmaq;
• Şirkətin və Birliyin ekoloji əmr, sərəncam və qərarlarının icrasını yoxlamaq;
• Struktur bölmələrə metodiki kömək etmək və statistik göstəricilərin təhlilinə nəzarət etmək;
• Ekoloji qanunvericiliyi və normativ hüquqi aktları iş prosesində rəhbər tutmaq;
• Struktur təşkilatların fəaliyyətini təhlil etmək və ekoloji komissiyaların işində iştirak etmək;
• Dövrü ekoloji və statistik hesabatları ümumiləşdirib şöbə rəisinə təqdim etmək;
• Neft sənayesində əməyin mühafizəsinin Vahid İdarəetmə Sisteminin tələblərinə əməl etmək.
Bilməlidir;
- Azərbaycan Respublikasının Ekologiya sahəsinə aid qanunlarını;
- Nazirlər Kabinetinin Qərar, Qayda, Təlimat və Sərəncamlarını;
- Ətraf mühitin mühafizəsinə dair Beynəlxalq standartları;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
- Ətraf mühitin qorunması və əməyin mühafizəsiə dair digər normativ аktlаrı;
- Birliyin Nizamnaməsini, ARDNŞ-nin və Birliyin əmr, sərəncam və göstərişlərini;
- Şöbənin Əsasnaməsini və hazırki Vəzifə Təlimatını;
- Dövlət dilində danışmağı, yazmağı və öz sahəsinə uyğun olan kompüter proqramlarını.
Təhsil və iş təcrübəsinə dair tələblər;
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 2 il iş təcrübəsi tələb olunur.
Digər məlumatlar;
- Tibbi sığorta: Təmin edilir;
- İş yerinə çatdırılma: Təmin edilmir.
- Son müraciət tarixi: 20.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.