Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru 1
Date: 29 okt 2026
Location: AZ
Company: SOCAR
Vəzifənin adı: Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru
SOCAR-ın Sosial İnkişaf İdarəsi, Təmir-istismar sahəsində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
-
Müəssisənin balansında olan inzibati binalarda, yardımçı təsərrüfatlarda və qazanxanalarda yerləşən elektrik avadanlıqlarının profilaktik olaraq yoxlanılması və təmiri, habelə sazlığına nəzarət edilməsi;
-
İnzibati binalarda, qazanxanalarda və yardımçı təsərrüfatlarda işıq lampalarının, elektrik patronlarının və çilçıraqların yoxlanılması, işıq lampalarının vaxtında dəyişdirilməsi və otaqların normal işıqlandırılmasına nəzarət edilməsi;
-
Su nasoslarının elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmir edilməsi;
-
Su nasoslarının elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi;
-
Generatora yanacağın doldurulması və onun işlək vəziyyətdə olmasının təmin edilməsi;
-
Xidmət otaqlarında yerləşən ofis və digər avadanlıqlarda elektrik təmir işlərinin (elektrik naqillərinin bərpası, kabel ucluqlarının dəyişdirilməsi və s.) yerinə yetirilməsi;
-
İstifadəyə yararsız olan elektrik avadanlıqlarının siyahısının hazırlanması, təmirə ehtiyacı olan elektrik avadanlıqlarının siyahısının hazırlanması və rəhbərliyə təqdim olunması;
-
İnzibati bina sahəsinin işıqlandırma sisteminin və səyyar elektrik ehtiyacının təmin edilməsi.
Namizədə tələblər:
-
Orta ixtisas təhsili (müvafiq sahə üzrə);
-
Sahə üzrə 1 il iş təcrübəsi;
-
Peşəkarlıq;
-
Dürüstlük;
-
Məsuliyyət;
-
Nizam-intizam.
Biz nə təklif edirik?
-
ƏÖD-5;
-
Saatlıq tarif maaşı - 4,33 manat (aylıq əmək haqqı - 694 manat);
-
Peşəkar iş mühiti;
-
İş günlərinin sayına uyğun olaraq gündəlik 5 (beş) manat məbləğində yemək xərci.
İş yeri: SOCAR Sosial İnkişaf İdarəsinin Təmir-istismar sahəsi, Qaraçuxur qəs., Ə. Mehbalıyev küç., 10.
Son müraciət tarixi: 02.11.2026.