Xətt baxıcısı (Yardımlı rayonu)
Date: 20 okt 2026
Location: Digər, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri;
Peşə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Yardımlı rayonu üzrə Qəza-bərpa, Texniki baxış və təmir-bərpa xidməti
İş yeri: (Yardımlı şəhəri)
Peşənin adı: Xətt baxıcısı
Dərəcə (ƏÖD): 04
Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Yardımlı şəhəri, Bəhruz Mansurov küçəsi 11
Vəzifə funksiyaları;
İllik plan üzrə orta təzyiqli xətlərə, avadanlıqlara (QPS, QTM, QTŞ) baxışa nəzarət etmək.
Qaz şəbəkəsi avadanlıqlarının vizual xarici müayinəsi və yararlılıq yoxlanışını aparmaq.
Yivli və qaynaq birləşmələrinin kipliyini qazanalizatorla yoxlamaq.
Sızmaları raportda, yerüstü nəticələrinə isə Yoxlamaların nəticələrinin qeydiyyatı jurnalında qeyd etmək.
Qaz kəsilməsi tələb edən uyğunsuzluqları raportla sahə xidmət rəhbərinə bildirmək.
Texniki xidmət və nasaz siyirtmə məlumatlarının raportlarda oxunaqlı qeydinə nəzarət etmək.
Qəza riski yaradan ciddi nöqsanlarda təcili 104 və ya rayon dispetçerinə xəbər vermək.
Xarici qaz kəmərlərinə gəzmə üsulu ilə baxışın vahid prosedurla təminini həyata keçirmək.
Təsdiqli marşrutla yerüstü kəmərlərin təqvim ili ərzində azı 4 dəfə yoxlanılmasını təmin etmək.
Yerüstü kəmərlərdə sızma, dayaqdan düşmə, titrəmə, əzilmə, əyilmə, çökmə, zədə, armatur işləkliyi, bərkidilmə, rənglənmə və elektrik xətlərindən mühafizə vəziyyətini yoxlamaq.
Qrafik üzrə yeraltı kəmərlərdə kəmərboyu xarici əlamətlər və qazanalizatorla sızma aşkarlanmasını həyata keçirmək.
Yeraltı kəmərdən hər iki tərəfə 15 metrədək məsafədəki quyu, kamera, nəzarət borusu, zirzəmi, şaxta, kollektor, keçidlərdə qazın təyinini aparmaq.
Nişan və lövhələrə nəzarət etmək, quyu örtüklərinin qardan, buzdan təmizlənməsini təmin etmək, torpaq qabarması, çökməsi, sürüşməsi, eroziyası və xətlərin su ilə yuyulmasını aşkarlamaq.
Yeraltı xətlərdə və ya kommunikasiyalarda qaz sızmasında dərhal Texniki baxış və təmir-bərpa Xidmətinin rəisinə məlumat vermək.
Briqada gələnədək qəza yerinin müvəqqəti mühafizəsini təmin edərək açıq od və nəqliyyat qadağası qoymaq.
Mühafizə zonalarında icazəsiz tikililərdə dərhal Xidmət rəisinə məlumat verilməsini təmin etmək.
Qazanalizatorla işdə əmək təhlükəsizliyinə riayət etmək və cihaz sazlığının yoxlanılmasını icra etmək.
Bilməlidir;
“Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini;
“Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini;
Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini)
Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini;
İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər;
Tam orta təhsil.
İş təcrübəsi tələbi yoxdur.
Digər məlumatlar;
- Tibbi sığorta: Təmin edilir
- İş yerinə çatdırılma: Təmin edilmir
- Son müraciət tarixi: 22.10.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.