Xətt baxıcısı (Lerik rayonu)

Date: 12 noy 2026

Location: Digər, Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vəzifə haqqında məlumatlar;

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: Lerik rayonu üzrə Texniki baxış və təmir-bərpa xidməti

Peşənin adı: Xətt baxıcısı

Dərəcə (ƏÖD): 04

Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Lerik şəhəri, Şıxəli Qurbanov küçəsi 1A 

Vəzifə funksiyaları;

  • İllik plan üzrə orta təzyiqli qaz xətlərinə, avadanlıqlara (QPS, QTM, QTŞ) və xarici kəmərlərə gəzmə üsulu ilə texniki baxışa nəzarət etmək;
  • Şəbəkə avadanlıqlarını vizual müayinə etmək, birləşmələrin kipliyini qazanalizatorla yoxlamaq və sızmaları raportda qeyd etmək;
  • Qaz kəsintisi tələb olunduqda və ya digər nasazlıqlar aşkar edildikdə raport yazıb sahə/xidmət rəhbərinə məlumat vermək;
  • Qəza riski aşkar edildikdə dərhal “104” xidmətinə, yeraltı xətlərdə qaz tapıldıqda isə Təmir-bərpa Xidmət rəisinə xəbər vermək;
  • Yerüstü kəmərləri marşrut xəritəsi ilə ildə ən azı 4 dəfə yoxlamaq, sızma, defekt, dayaq, rəng vəziyyətini jurnala yazmaq;
  • Yeraltı kəmərlərdə qrafik üzrə xarici əlamətlərlə sızmaları tapmaq və 15 metrədək məsafədəki quyu, zirzəmilərdə qazı cihazla yoxlamaq;
  • Göstəricilərə nəzarət etmək, quyu qapaqlarını təmizləmək, torpaq çökməsi, sürüşməsi və kəmərlərin su ilə yuyulmasını aşkar etmək;
  • Qəza briqadası gələnədək ərazinin təhlükəsizliyini təmin etmək, mühafizə zonalarının pozulmasını dərhal Xidmət rəisinə bildirmək;
  • Qazanalizatorla işləyərkən əmək təhlükəsizliyinə riayət etmək, cihaz və qurğuların sazlığını yoxlamaq.

Bilməlidir;

  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini;
  • “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini;
  • Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini)
  • Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,  istehsalat sanitariyası  və  yanğından  mühafizənin  qayda və nоrmalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər;

  • Təhsil: Tam orta təhsil;
  • İş təcrübəsi: İş təcrübəsi tələb edilmir;

Digər məlumatlar;

  • Tibbi sığorta:               Təmin edilir;
  • İş yerinə çatdırılma:    Təmin edilmir.
  • Son müraciət tarixi:    16.11.2026
  • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.