Xətt baxıcısı (Abşeron rayonu)

Date: 12 noy 2026

Location: Digər, Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

  • Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Sumqayıt Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Abşeron rayonu üzrə Texniki baxış və təmir bərpa xidməti xidməti
  • İş yeri: Xırdalan şəhəri, Abşeron rayonu
  • Vəzifənin adı: Xətt baxıcısı
  • Dərəcə: (ƏÖD) 04
  • Saatlıq əmək haqqı: 3.84 AZN 
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. 
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Abşeron rayonu, Ruhulla Axundov küçəsi

Vəzifə funksiyaları

  • Xarici qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış işlərinin vahid prosedur əsasında yerinə yetirilməsini təmin etmək;
  • Təsdiq edilmiş marşrut xəritələri əsasında  yerüstü qaz kəmərlərinin bir təqvim ili ərzində  4 dəfədən az olmamaqla yoxlanılmasını təmin etmək;
  • Yerüstü qaz kəmərlərində qaz sızmaları, qaz kəmərlərinin dayaqlardan düşməsi və titrəmə halları, əzilməsi, yol verilməz əyilməsi, çökməsi, dayaqların zədələnməsi, bağlayıcı armaturların işlək vəziyyətdə olması, elektrik xəttlərinin qaz kəmərlərinin üzərində düşməsi halından mühafizə vasitələrinin mövcudluğu, qaz kəmərlərinin bərkidilməsi və rənglənməsinin vəziyyətini yoxlamalı, yoxlamaların nəticəsini “Yoxlamaların nəticələrinin qeydiyyatı” jurnalında dəqiq qeyd etmək;
  • Yeraltı qaz kəmərlərində müəyyən edilmiş yoxlanma-nəzarət dövriliyi müddətində (il ərzində qrafiklə nəzərdə tutulmuş sayda) kəmərboyu xarici əlamətlər və qazanalizator vasitəsilə qaz sızmalarını vaxtında aşkar etmək;
  • Yeraltı qaz kəmərindən hər iki tərəfə 15 metrə qədər məsafədə yerləşən quyularda və yeraltı mühəndis qurğularının kameralarında, nəzarət borularında, binaların zirzəmi və yarımzirzəmilərində, şaxtalarda, kollektorlarda, yeraltı keçidlərdə qazın olmasını xüsusi texniki vasitələrlə və həmçinin fiziki üsullarla müəyyən etmək, qaz təsərrüfatına dair divar yazılarının, lövhələrin, istiqamət göstəricilərinin istismar qaydalarına uyğun vəziyyətdə olmasına nəzarət etmək, qaz avadanlıqları yerləşən quyuların örtükləri qardan, buzdan, və tullantılardan təmizləmək, torpağın qabarması, çökməsi, sürüşməsi, dağılması və eroziyası, qaz kəmərlərinin daşqın və yağış suları ilə yuyulması hallarını aşkara çıxarmaq;
  • Qəza-bərpa briqadasının qəza aşkar edilmiş nöqtəyə gəlişinə qədərki müddətdə ərazinin müvəqqəti mühafizəsini (insanlardan tərəfindən açıq oddan istifadə edilməsi, yaxınlıqda nəqliyyat vasitələrinin dayanması və durmasını və sair) təmin etmək;
  • Qazanalizatorla işləyən zaman əmək təhlükəsizliyi tələblərinə riayət etmək;
  • Cihaz və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq.

Bilməlidir

  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini;
  • “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini;
  • Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini)
  • Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,  istehsalat sanitariyası  və  yanğından  mühafizənin  qayda və nоrmalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Tam orta təhsil
  • İş təcrübəsi tələbi yoxdur
  • Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar

  • Tibbi sığorta:                     Təmin edilir
  • İş yerinə çatdırılma:         Təmin edilmir
  • İş yeri:                                Sumqayıt RQİİ, Abşeron rayonu
  • Son müraciət tarixi: 15.11.2026
  • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.