Usta (İmişli rayonu)

Date: 25 noy 2026

Location: Digər, Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: İmişli rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti

İş yeri: (İmişli şəhəri)

Vəzifənin adı: Usta

Dərəcə: (ƏÖD) 09

Vəzifə maaşı: 888,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: İmişli şəhər, M.Əzizbəyov küçəsi 1

Vəzifə funksiyaları:

  • Yerüstü və yeraltı qaz xətlərinin inspeksiyası, texniki baxışı və yerində qaynaqla təmir işlərinə rəhbərlik etmək;
  • QTŞ və digər qaz avadanlıqlarının texniki vəziyyətinə və yararlılığına nəzarət etmək;
  • Qaz sızmalarını, xətt və dayaqlardakı nasazlıqları aşkar etmək, aradan qaldırılması üçün tədbirlər görmək və məlumatları sənədləşdirmək;
  • Qaz xətlərinin yivli və qaynaq birləşmələrinin kipliyini qazanalizator və digər vasitələrlə yoxlamaq;
  • Qəza və ciddi nöqsanlar aşkar edildikdə aidiyyəti qəza-dispetçer xidmətlərinə məlumat vermək və qəzanın aradan qaldırılmasını təşkil etmək;
  • Plan və qrafiklərə uyğun olaraq qaz xətlərinin texniki baxış və təmir işlərinin aparılmasına nəzarət etmək, podratçılar tərəfindən yerinə yetirilmiş layihələrə baxış keçirmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;
  • Qaz təsərrüfatı obyektlərində tikinti, yenidənqurma, əsaslı və cari təmir işlərini təşkil etmək və qaz sayğaclarının quraşdırılmasına nəzarət etmək;
  • Təhlükəli işlərin plan, əməyin təşkili layihəsi və tapşırıq-icazə vərəqəsi əsasında aparılmasını təmin etmək;
  • Qaz təsərrüfatının texniki vəziyyətinin uçotunu, pasportlaşdırılmasını, sənədləşmə və hesabat işlərini aparmaq;
  • Təbii qazdan istifadə qaydalarının pozulması hallarında qazın verilməsinin dayandırılması və qaz itkisinin qarşısının alınması üçün tədbirlər görmək;
  • Əməyin mühafizəsi, texniki, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək.

 

Bilməlidir:

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
  • "Qaz xətlərinin sxemlərinin oxunması"nı.
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
  • SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni;
  • “Tikinti Norma və Qaydaları”nı.

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.

Digər məlumatlar:

  • Tibbi sığorta - təmin edilir;
  •  İş yerinə çatdırılma - təmin edilmir.
  • Son müraciət tarixi: 30 noyabr 2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.