Qaz təsərrüfatının nəzarətçisi (Daşkəsən rayonu, Şəmkir RQİİ)
Date: 13 okt 2026
Location: Digər, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiya təsviri:
Vəzifə haqqında məlumatlar:
Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Daşkəsən rayonu üzrə Müayinə və istismara qəbul xidməti
Peşənin adı: Qaz təsərrüfatının nəzarətçisi
Dərəcə (ƏÖD): 05
Vəzifə maaşı: 4,33 AZN /saatlıq
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Daşkəsən rayonu İ.Qayıbov küçəsi-27
Vəzifə funksiyaları:
- Qaz kəmərlərinin, boru xətlərinin, qaz qurğularının və xətt üzərindəki avadanlıqların texniki vəziyyətini mütəmadi yoxlamaq, nöqsan və pozuntuları aşkar etmək və aradan qaldırılması üçün tədbirlər görmək;
- Qaz təchizatı sistemində təhlükəli zonaları, qaz xətlərini, qaz qurğularını, tüstü bacalarını, havalandırma və havadəyişmə xətlərini yoxlamaq, texniki təhlükəsizlik tələblərinə uyğunluğunu müəyyən etmək;
- İstehlakçıya 5 iş günü əvvəl bildiriş verməklə ildə bir dəfə müayinə aparmaq, nəticələr üzrə 2 nüsxədə akt tərtib edib bir nüsxəsini istehlakçıya təqdim etmək və aktları reyestrə təqdim etmək;
- Müayinə zamanı nöqsan və ya pozuntu aşkar edildikdə, texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimini aktda qeyd etmək;
- İstehlakçının müraciəti əsasında təkrar müayinəni 3 iş günündən gec olmayaraq aparmaq;
- İstehlakçı müayinəyə şərait yaratmadıqda bunu aktda qeyd etmək və qazın verilməsinin dayandırılmasını təmin etmək; qazın dayandırılması mümkün olmadıqda aidiyyəti xidmət sahəsinə məlumat vermək və müraciətdən sonra 1 iş günü ərzində müayinəni keçirmək;
- Təhlükə və ya qəza riski aşkar edildikdə qaz təchizatını dayandırmaq, zəruri təhlükəsizlik tədbirlərini görmək və qəza xidməti gələnədək təhlükəsizliyi təmin etmək;
- Tikinti konstruksiyalarından keçən qaz xətlərində korroziyadan mühafizə tədbirlərinə, gilizlərə və havalandırma sistemlərinə nəzarət etmək;
- Sertifikatlaşdırılmış qaz cihaz və avadanlıqlarının istifadəyə yararlılığını yoxlamaq, standartlara uyğun olmayan, sertifikatsız və təhlükəli avadanlıqlar barədə məlumat vermək, zəruri hallarda qaz şəbəkəsindən ayırmaq və istehlakçıya xəbərdarlıq etmək;
- Qazın alqı-satqısı müqavilələrinin bağlanmasını və müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək;
- Qanunsuz qoşulma, sayğaca və qaz xətlərinə müdaxilə, həmçinin rəsmi razılıq olmadan qaz cihaz və xətlərinin dəyişdirilməsi və yeni xətlərin çəkilməsi hallarını aşkar etdikdə qazın verilməsini dayandırmaq, akt tərtib etmək və aidiyyəti üzrə məlumat vermək;
- Təbii qazdan səmərəli istifadəyə, qaz itkilərinin qarşısının alınmasına və istehlakçıların qaz təchizatında yaranan problemlərin aradan qaldırılmasına nəzarət etmək;
- Abonentlərə təbii qazdan istifadə qaydaları üzrə təlimat və təkrar təlimat keçmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək, abonentlərlə mülayim və səmimi davranmaq;
- 4-cü dərəcəli qaz təsərrüfatı nəzarətçilərinin əmək normalarını keyfiyyətlə yerinə yetirməsinə dəstək göstərmək.
Bilməlidir:
- Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
- Qazdan istifadə Qaydalarını;
- Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
- Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
- Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;
- Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
- Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;
- Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;
- Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
- Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
- Görülən işlərin texnoloji prosesini;
- Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
- İstifadə edilən alət və inventarları;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
- Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını;
- İstehsalat və əmək intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Tam orta təhsil,
- İş təcrübəsi tələb edilmir,
- Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Digər məlumatlar:
- Tibbi sığorta: Təmin edilir
- İş yerinə çatdırılma: Təmin edilmir
- Son müraciət tarixi: 16.10.2026
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.