Qaz təsərrüfatının nəzarətçisi (Abşeron rayonu, Müayinə və istismar qəbul xidməti)
Date: 16 noy 2026
Location: Digər, Digər, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Sumqayıt Regional Qaz İstismarı İdarəsi
- Struktur vahidi: Abşeron rayonu üzrə müayinə və istismara qəbul xidməti
- İş yeri: Xırdalan şəhəri, Abşeron rayonu
- Vəzifənin adı: Qaz təsərrüfatının nəzarətçisi
- Dərəcə: (ƏÖD) 04
- Saatlıq əmək haqqı: 3.84 AZN
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
- İş yerinin ünvanı: Abşeron rayonu, Ruhulla Axundov küçəsi
Vəzifə funksiyaları:
- Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək.
- Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq.
- Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyən etmək.
- Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək. İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq.
- Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq üçün giliz və təhlükəsizlik tədbirlərini təmin etmək.
- Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq.
- Qaz cihaz və avadanlıqlarının sertifikatlı və istifadəyə yararlı olmasını yoxlamaq.
- Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək. Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq.
- Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək.
- İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək.
- Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək.
- Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq. İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək. Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək.
- Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq.
Bilməlidir:
- Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
- Qazdan istifadə Qaydalarını;
- Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
- Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
- Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;
- Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
- Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;
- Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;
- Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını.
- Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
- Görülən işlərin texnoloji prosesini;
- Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
- İstifadə edilən alət və inventarları;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
- Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını;
- İstehsalat və əmək intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Tam orta təhsil
- İş təcrübəsi tələbi yoxdur
- Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Digər məlumatlar
- Tibbi sığorta: Təmin edilir
- İş yerinə çatdırılma: Təmin edilmir
- İş yeri: Sumqayıt RQİİ, Abşeron rayonu
- Vakansiyaya son müraciət tarixi: 19.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.