Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Sədərək rayonu)

Date: 28 okt 2026

Location: Digər, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

 

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Naxçıvan Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: Şərur rayonu üzrə Sayğac əməliyyatları xidməti

Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər

Dərəcə (ƏÖD): 04

Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Sədərək rayonu

Vəzifə funksiyaları:

  • Planlı və növbədənkənar qaydada, o cümlədən yararsız, işləməyən, müdaxiləyə məruz qalan və müraciət əsasında sayğacların əvəzlənməsi və ya çıxarılması işlərini həyata keçirmək;
  • Sayğaclara və nəzarət-ölçü cihazlarına texniki baxış keçirmək, aşkar edilmiş qüsurları qeydiyyata almaq, cihazların təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini təmin etmək, həmçinin göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmlə təchiz edilmiş avtomatik tənzimləmə qurğularını quraşdırmaq;
  • Xidmət göstərilən inzibati ərazidə müəyyən edilmiş müddətlərdə istehlakçıların sayğac göstəricilərini aylıq qeydiyyata almaq, məlumatları aidiyyəti üzrə təqdim etmək, abonentlərə kağız və SMS bildirişlər göndərmək;
  • Aşağı təzyiqli qaz şəbəkəsinə və onun avadanlıqlarına dislokasiya marşrutu üzrə planlı və plandankənar texniki baxışlar keçirmək, qaz sızmalarının qarşısını almaq, qaynaq tələb edən sızmalar barədə müvafiq komandaya məlumat vermək;
  • Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək, Kommersiya şöbəsinin təqdim etdiyi siyahılar əsasında borclu abonentlərin qaz təminatını dayandırmaq və bərpa etmək;
  • Qaynaqla qaz kəsimi prosesində iştirak etmək, xidmət göstərilən ərazidə qaz xətlərinə, sayğaclara, qaz cihazlarına və digər avadanlıqlara qanunsuz müdaxilələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
  • Qaz xətlərinin, sayğacların və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və digər qanunsuz müdaxilələr aşkar edildikdə, dərhal xidmət rəhbərliyinə və 104 nömrəli telefon xəttinə məlumat vermək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə norma və qaydalarına riayət etmək, işlərin icrası zamanı təhlükəsizlik tələblərini təmin etmək.

Bilməlidir:

  • Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını;
  • Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
  • Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
  • Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
  • Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını;
  • Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini;
  • “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Təhsil:    tam orta təhsil;
  • İş təcrübəsi:  tələb edilmir.
  • Əmək fəaliyyəti dövründə stajkeçmə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar:

  • Tibbi sığorta: təmin edilir;
  • İş yerinə çatdırılma: təmin edilmir.
  • Son müraciət tarixi: 02.11.2026.

Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər  hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.