Böyük mexanik (Şəmkir RQİİ)
Date: 23 okt 2026
Location: Digər, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiya təsviri:
Vəzifə haqqında məlumatlar:
Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Texniki istismar şöbəsi
Peşənin adı: Böyük mexanik
Dərəcə (ƏÖD): 12
Vəzifə maaşı: 1212 AZN
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 43
Vəzifə funksiyaları:
- Avadanlıqların düzgün, fasiləsiz və səmərəli istismarını təmin etmək;
- Texniki hazırlıq, təchizat, avadanlıq, material və ehtiyat hissələri üzrə sifarişlərin hazırlanmasını təşkil etmək;
- Avadanlıqların texniki baxış, sınaq və təmir planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Nasazlıq, qəza və boşdayanma səbəblərini araşdırmaq, aradan qaldırılmasını təmin etmək;
- Avadanlıqların quraşdırılması, təmiri, inventarizasiyası və kalibrlənməsinə nəzarət etmək;
- Yeni texnika və texnologiyaların tətbiqini təşkil etmək;
- Yanacaq və sürtkü materiallarına tələbatı müəyyən etmək, istifadəsinə nəzarət etmək və hesabatlar hazırlamaq;
- İstehsalat sahələrinin müvafiq təhlükəsizlik nişanları ilə təmin olunmasını təşkil etmək;
- Vəzifə məxfiliyinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə riayət etmək;
- Peşəkar bilikləri artırmaq və müvafiq komissiyaların işində iştirak etmək.
Bilməlidir:
- Avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
- Müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini;
- Müəssisədə təmir xidmətinin təşkilini;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
- Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsil
- Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
Digər məlumatlar:
- Tibbi sığorta: Təmin edilir
- İş yerinə çatdırılma: Təmin edilmir
- Son müraciət tarixi: 27.10.2026
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.