səyyar betonqarışdırıcının maşinisti

Date: 4 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı

Səyyar betonqarışdırıcının maşinisti

Kateqoriya

İxtisaslı fəhlə

Dərəcə

5

Müəssisə

SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat

1 saylı İNMXTİ

Struktur bölmə

2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı xüsusi texnika dəstəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Tikinti quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində istifadə olunan maşın və mexanizmləri idarə etmək;
  • Xüsusi texnika vasitəsinin gündəlik təmizliyini həyata keçirmək;
  • İdarə edilən xüsusi texnika vasitəsinə cari təmir işlərini yerinə yetirmək;
  • İş yerinin təmiz və saz vəziyyətdə olmasının, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək;
  • Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək;
  • İş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil

Tam orta təhsil

Digər

1. Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi (TK kateqoriyalı "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi)
2. Peşə-ixtisas sənədi ("səyyar betonqarışdırıcının maşinisti" peşəsi üzrə sertifikat)

 

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı:

5.33 AZN (saatlıq),  853.71 AZN(aylıq tarif maaşı)

Əlavə:

Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

 

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta

Təmin olunur

İş yerinə çatdırılma

Avtobusla (servis) iş yerinə çatdırılma təmin olunur

 

BİLMƏLİDİR

  • Əməyin təhlükəsizliyi qaydalarını;
  • Sanitariya-gigiyena qaydalarını;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;
  • Yanğının söndürülməsi üsullarını;
  • Yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını;
  • Səyyar betonqarışdırıcının idarə edilməsini;
  • Xüsusi texnikanın təmirini;
  • Xüsusi texnikaya texniki xidmətini;
  • Yedəkçi və asma avadanlıqların, aqreqatların təmirini.