proqramla idarə olunan dəzgahın operatoru

Date: 21 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı

Proqramla idarə olunan dəzgahı operatoru

Kateqoriya

İxtisaslı fəhlə

Vəzifə kodu

20202668

Vakansiya nömrəsi

1773

Dərəcə

5

Müəssisə

SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat

Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi

Struktur bölmə

Mexaniki-yığma sahəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Proqramla idarə olunan dəzgahları idarə etmək;
  • Xüsusən mürəkkəb və məsul çoxlu keçidləri olan detalların yerdəyişməsini və kombinasiyalı bərkitməni tələb edən detalların 6-7-ci kvalitetlər ( 1-2-ci dəqiqlik dərəcələri ) üzrə emalı prosesini aparmaq;
  • Sazlanmadan sonra nümunəlik detalları emal etmək;
  • Emal edilmiş hissələrin cizgiyə əsasən ölçülərini izləmək;
  • Alətlərin dəzgahda düzgün qurasdırılması, istifadədən əvvəl və emal bitdikdən sonra bərkidici hissələri yoxlamaq;
  • Proqramda emal zamanı alınan ölçü xətalarına düzəliş etmək;
  • Rəqəmsal dəzgahın işlədiyi müddətdə dəzgahdan aralanmamaq və emal proqramının tam bitməsini gözləmək;
  • Əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarının öyrənilməsi və struktur bölmənin işində tətbiq edilməsidə iştirak etmək;
  • İş yerini işə hazırlamaq və işin sonunda yığışdırmaq;
  • Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarının icra etmək;
  • İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək;

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • Mexaniki avadanlıq qurğuların təmiri
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil

Orta ixtisas təhsil

İxtisas

Müvafiq sahə üzrə

Staj

Ştaj tələbi yoxdur

Digər

 

Iş şəraiti

Quruda

 

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı:

4.33 AZN (saatlıq)

Əlavə:

Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

 

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta

Təmin olunur

İş yerinə çatdırılma

Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.

 

İŞ REJİMİ

5 gün 8 saatlıq

İş saat 8:00-da başlayır, 17:00-da bitir.

Nahar fasiləsi: 12:00-13:00

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.