mükafatlandırma üzrə aparıcı mütəxəssis
Date: 11 avq 2026
Location: Bakı, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Baş ofisi Əmək haqqı və imtiyazların tənzimlənməsi şöbəsində mükafatlandırma üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
🔹 Əməkhaqqı strukturlarının, vəzifə dərəcələndirmə (job grading) sisteminin, bonus və stimullaşdırıcı mexanizmlərinin idarə edilməsində iştirak edilməsi;
🔹 Əməkhaqqı üzrə bazar araşdırmaları, benchmarklar əsasında mövcud əməkhaqqı və mükafatlandırma sistemlərinin müqayisəli təhlillərin aparılması və hesabatların hazırlanması;
🔹 Performansa əsaslanan mükafatlandırma modellərinin (KPI) tətbiqi və monitorinqində iştirak edilməsi;
🔹 İR Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək əməkhaqqı və mükafatlandırma mövzularında metodoloji və analitik dəstək verilməsi;
🔹 Əməkhaqqı, mükafatlandırma və imtiyazların idarəedilməsi proseslərinin təkmilləşdirilməsi üzrə təşəbüsslərdə iştirak edilməsi;
🔹 Əməkhaqqı üzrə büdcənin planlaşdırılması və icrası proseslərində iştirak etmək, büdcə göstəriciləri üzrə analitik hesabatların hazırlanmasında iştirak edilməsi;
🔹 Əmək qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsində iştirak edilməsi.
Vəzifə üzrə işə qəbul tələbləri:
🔹 İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
🔹 Əməkhaqqı, müavinətlər, kompensasiya və mükafatlandırma və ya əlaqəli sahələr üzrə ən azı 4-5 il iş təcrübəsi;
🔹 Əməkhaqqı strukturları, vəzifələrin qiymətləndirilməsi və dərəcələndirilməsi sistemləri, bonus və stimullaşdırma mexanizmləri üzrə güclü nəzəri və praktiki biliklər;
🔹 Performansa əsaslanan mükafatlandırma mexanizmlərinin tətbiqi üzrə təcrübə;
🔹 Əməkhaqqı və ödəniş təcrübələri ilə bağlı əmək qanunvericiliyi və müvafiq normativ sənədlər üzrə biliklər;
🔹 Güclü riyazi və analitik bacarıqlar, məlumatları strukturlaşdırmaq, təhlil etmək və analitik nəticələri effektiv şəkildə təqdim etmək bacarığı;
🔹 MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
🔹 Power BI və ya digər analitika alətləri ilə işləmək təcrübəsi;
🔹 HRIS sistemləri ilə işləmək təcrübəsi;
🔹 Güclü analitik düşüncə və məlumatların şərh edilməsi bacarığı;
🔹 Güclü problem həll etmə bacarıqları;
🔹 Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;
🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı;
🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
🔹 Müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
Biz nə təklif edirik?
🔹 Peşəkar iş mühiti;
🔹 Peşəkar inkişaf və karyera imkanları;
🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
🔹 Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 21.08.2026