kran maşinisti

Date: 12 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı

Kran maşinisti

Kateqoriya

İxtisaslı fəhlə

Dərəcə

6

Müəssisə

SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat

1 saylı İNMXTİ

Struktur bölmə

2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı xüsusi texnika dəstəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Trosların bərkidilməsi düzgünlüyünün yoxlanılması, tormozların və qoruyucu qurğuları tənzimləmək;
  • Yüksək ehtiyatlıq tələb edən yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və nəql etdirmək;
  • Detal, məmulat və birləşmələrin dəzgahda qurulması və quraşdırma mexanizmlərini yerini dəyişdirmək;
  • Elektrik tallarının, dəyişdirici kranların müxtəlif işlərin yerinə yetirilməsində idarə etmək;
  • Müxtəlif yüktutan mexanizm və vasitələr ilə təchiz edilmiş kranların yüklərinin stellaja qoyulması, oradan çıxarılması, yükləmə meydançalarına gətirilməsi və konteyner, paket və altlıqlara yığılması işlərinin yerinə yetirilməsində kranları idarə etmək;
  • Texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin stapel və seksiyalı məmulatların yığıb-sökmək;
  • Körpü altlıqlarının və mexanizmlərini yerdəyişmə etmək;
  • Stabelli kranların, avtomatik idarə edilən stabelli kranların və müxtəlif yüktutma mexanizmləri və vasitələri ilə təchiz olunmuş, yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi, onların stellajlarda istehsal sahələrinə çatdırılması üzrə işlərin yerinə yetirilməsində kranları idarə etmək;
  • Taxta-şalban və buna oxşar digər yüklərin yüklənib-boşaldılması və nəql etdirilməsi, yerdəyişməsi işlərin yerinə yetirilməsi ilə əlaqədar kranları idarə etmək;
  • Tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində körpülü və şlüzlu, müxtəlif yüktutma vasitələrlə təchiz edilmiş tırtıllı və pnevmatik təkərli kranları idarə etmək;
  • Texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, stapel və seksiyalı məmulatların, aqreqatların, birləşmə, maşın və mexanizmlərin yığılması, sökülməsində, qızdırıcı sobalardan tökmə və hazır məhsulların, metalın süzülməsi, çəkic və preslərdə məmulat və maşın detallarının kantlaşdırılması üzrə yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələri dəzgaha quraşdırmaq;
  • İstehsalat obyektlərində kranların idarə edilməsi prosesində aşağı dərəcəli kran maşinistlərin işlərinə nəzarət etmək;
  • İş yerinin təmiz və saz vəziyyətdə olmasının, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək;
  • Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək;
  • İş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək;
  • İstehsalat obyektlərində xidmət göstərən kranların təmirində iştirak etmək.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil

Tam orta təhsil

Digər


1. Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi (TT kateqoriyalı "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi)
2. Peşə-ixtisas sənədi ("kran maşinisti" peşəsi üzrə sertifikat)

 

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı:

5.86 AZN (saatlıq),  938.59 AZN(aylıq tarif maaşı)

Əlavə:

Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4%, əlverişsiz iqlim şəraitində (dəniz) işə görə aylıq tarif (vəzifə) maaşına 75% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 20 AZN əlavə ödəniş verilir.

 

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta

Təmin olunur

İş yerinə çatdırılma

Dəniz nəqliyyatı(gəmi) və ya hava nəqliyyatı(helikopter) ilə təmin olunur.

 

BİLMƏLİDİR

  • Əməyin təhlükəsizliyi qaydalarını;
  • Sanitariya-gigiyena qaydalarını;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlərini;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını; Yanğının söndürülməsi üsullarını;
  • Yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını;
  • Avtonəqliyyat vasitələrinin idarə edilməsini;
  • Xüsusi texnikanın texniki istismarını;
  • Kranın idarə edilməsini;
  • Xüsusi texnikanın təmirini;
  • Xüsusi texnikaya texniki xidmətini;
  • Yedəkçi və asma avadanlıqların, aqreqatların təmirini.