izoləedici-plyonkaçı

Date: 20 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:       İzoləedici-plyonkaçı

Dərəcə:                   4

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Boru kəmərlərinə, aparat və tutumlara istilik izolyasiya qatının quraşdırılması;

1. Boru xətlərinin üzərində yararsız hala düşmüş izolyasiya qatının sökülməsi, yerinin təmizlənməsi.

2. İzolə ediləcək səthin ölçülməsi və materialın kəsilib hazırlanması.

3. Boru xətlərinin üzərinə mineral yunun (daş yunun) məftillə və kəmərlə sarınması.

• Tikinti quraşdırma və təmir-bərpada izolyasiya işlərinin yerinə yetirilməsi;

1. Silindr və konus şəkilli aparaturaların, habelə konstruksiyaların xarici və daxili səthlərinə fırça ilə xüsusi qarışıqların çəkilməsi.

2. Mürəkkəb konfiqurasiyalı səthlərin astarlanması və hamarlanması.

3. Boru, çarpaz və üçtərəfli istiqamətdə birləşən elementlərin daxili səthlərinə fırça və xüsusi qarışıqların çəkilməsi.

• Digər fəaliyyətlər;

1. Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparılması.

2. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

3. İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Tam orta təhsil
  • İş təcrübəsi tələb olunmur.
  • Üzmə bacarığı haqqında sənəd tələb olunur

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Dürüstlük,

Etik davranış,

Keyfiyyət yönümlülük,

Məsuliyyət,

Nizam-intizam,

Peşəkarlıq,

Şifahi özünüifadə,

Boru kəmərlərinin korroziyadan mühafizəs

Korroziyadan mühafizə üsullarının

öyrənilməsi və tətbiqi

Korroziyadan lak-boya örtükləri ilə mühafizə

Boru kəmərlərinin tikintisi və təmiri

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      4.8 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 

 Bilməlidir

• Xüsusi tərkiblərin keyfiyyətinə qoyulan tələbləri;

• Silindr və konus şəkilli səthlərin, habelə tikinti konstruksiyalarının səthlərinə fırça ilə şpatlyovka, astarlayıcı və rəngləyici tərkiblərin çəkilmə üsullarını;

• Şüşə, parça və kimyəvi lif əsaslı parçaların sintetik qara qatrandan hazırlanmış qarışıqlarla yapışdırma üsullarını;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.    

 

Elanın bitmə tarixi: 22.09.2026