Vəzifənin adı: iqtisadçı
SOCAR Baş ofis, Portfelin optimallaşdırılması şöbəsində iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
🔹SOCAR-ın korporativ portfelinin təhlilinə və SOCAR-ın hədəflərinə və uzunmüddətli strategiyasına nail olunması üçün boşluqların müəyyənləşdirilməsinə dəstək göstərmək;
🔹SOCAR Qrupa daxil olan şirkətlərin strateji uyğunluq, iqtisadi göstəricilər, risklər və imkanlar əsasında hədəflənən (optimal) korporativ portfelinin müəyyən edilməsinə dəstək göstərmək;
🔹Dəyişkən biznes mühitində hədəflənən korporativ portfelin formalaşdırılmasını təmin etmək məqsədilə seqmentlərarası (Upstream, Downstream, Midstream və s.) sinerji variantlarının təhlilində iştirak etmək;
🔹SOCAR-ın korporativ portfelinin gələcək inkişaf istiqamətləri üzrə müxtəlif maraqlı tərəflər üçün tövsiyələrin hazırlanmasına dəstək göstərmək;
🔹Hər bir seqmentin özünəməxsus məqsədlərini, risk profillərini və məhdudiyyətlərini nəzərə almaqla, portfel matrisinin hazırlanmasına dəstək göstərmək;
🔹Müəyyən edilmiş strategiya və məqsədlərə əsasən portfel üzrə tədbirlər planının və hər bir seqmentə uyğun tövsiyələrin hazırlanmasına dəstək göstərmək;
🔹Seqment səviyyəsində portfel tövsiyələrinin icrasının monitorinqinə dəstək göstərmək;
🔹Birləşmə&Satınalma imkanları üzrə portfel tövsiyələrinin hazırlanmasına dəstək göstərmək.
Namizədə tələblər:
🔹 Biznesin idarəedilməsi, Maliyyə, İqtisadiyyat, Neft və Qaz sahələri üzrə Bakalavr və Magistr dərəcəsi (üstünlükdür);
🔹 Maliyyə, Portfelin idarəolunması, Bizneslərin performansının qiymətləndirilməsi, Strategiya və ya əlaqədar sahələrdə ən azı 2 il iş təcrübəsi;
🔹 Kompüter bacarıqları (Word, Excel, Power point, Outlook), Maliyyə modelləşməsi üzrə biliklər (Üstünlükdür);
🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
🔹 CFA, FMVA və ya əlaqədar digər sertfikatların olması üstünlükdür.
Biz nə təklif edirik?
🔹 Peşəkar iş mühiti;
🔹 Peşəkar inkişaf və karyera imkanları;
🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
🔹 Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan