aparıcı ekspert

Date: 10 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

Uzun Təsvir

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi

aparıcı ekspert (Biznesin təhlili üzrə) vəzifəsinə əməkdaş axtarır

 

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 

Struktur vahidi: Biznesin təhlili və kommersiya şöbəsi

Vəzifənin adı: aparıcı ekspert (Biznesin təhlili üzrə)

Dərəcə: 15

 

Vəzifənin icra etdiyi funksiyalar:

1. Müəssisənin biznes hədəflərinə uyğun olaraq analitik strategiyanın hazırlanmasında iştirak edir və birbaşa rəhbəri tərəfindən verilən tapşırıqlar əsasında icrasını təmin etmək;

2.  Məlumatların toplanması, emalı və təhlili proseslərini təşkil etmək;

3.  Müxtəlif mənbələrdən daxil olan məlumatların inteqrasiyasını və düzgünlüyünü təmin etmək;

4.  Rəhbərlik üçün analitik hesabatlar və müvafiq təqdimatlar hazırlamaq;

5.  Məlumatların anlaşılan formada təqdim edilməsini təmin etmək;

6. Məlumat keyfiyyətinin artırılması və data idarəetmə standartlarının tətbiqini təmin etmək;

7.  Məlumat təhlükəsizliyi və məxfiliyin qorunmasını təmin etmək;

8.  MS Office proqramlarında (Power Bİ, PowerPoint, Word, Outlook və s.) təqdimat və hesabat sənədlərini tərtib etmək;

9.  Şöbənin Tədbirlər Planında göstərilən tədbirlərin və tapşırıqların həyata keçirilməsində kömək etmək;

10.  Birbaşa rəhbərliyin digər tapşırıqlarını və göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək.

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Bakalavr təhsil (müvafiq sahələri üzrə);
  • Minimum 4 il iş təcrübəsi (rəhbər və mütəxəssis vəzifələrində);
  • Statistika, riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahə üzrə biliklər;
  • Data analitikası, biznes analitika və ya məlumatların idarə olunma bacarıqları;
  • Analitik məlumatların emalı bacarıqları;
  • Analitik düşünmə, strukturlaşdırılmış hesabtların hazılrlanması bacarıqları;
  • SQL və Power BI proqramlaşdırma dilləri üzrə bilik və praktiki iş təcrübəsi;
  • MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel);
  • Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.

 

Güzəştlər və imtiyazlar:

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları.