Vəzifənin adı:  Yanğından mühafizə üzrə texnik

Description: 

Uzun Təsvir

Vəzifənin adı: Yanğından mühafizə üzrə texnik


SOCAR Downstream MMC, Karbamid zavodu SƏTƏMM departamentində Yanğından mühafizə üzrə texnik pozisiyası üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Zavodda  baş verə biləcək fövqəladə hadisələrin qarşısını almaq üçün təcili tədbirlərin görülməsini təmin etmək;
  • Fövqəladə hallara müdaxilə etmək üçün istifadə olunan avadanlıqların və sistemin işlək vəziyyətdə olmasına əmin olmaq, gündəlik / həftəlik / aylıq / illik performans testlərini aparmaq;
  • SƏTƏMM üzrə icra olunan fəaliyyətlərə dəstək olmaq;
  • Normal əməliyyat, TAR fəaliyyətləri, sahə yoxlamaları və yoxlamalar zamanı müvafiq şöbələr və qurumlar ilə koordinasiya;
  • Baş verə biləcək fövqəladə hal zamanı kök səbəb analizində iştirak etmək və araşdırmanı daim izləmək;
  • Neft,qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlı olmaq və dəyişiklikləri təqib etmək;
  • GOST, NFPA, API standartları və qaydaları haqqında məlumatlı olmaq;
  • Yeni avadanlığın quraşdırılmasının həyata keçirilməsi üçün podratçılar, satıcılarla əməkdaşlıq və əvvəlcədən texniki təhlükəsizlik yoxlamalarının aparılması;
  • İstehsalatda yanğın təlim-məşqlərinin, təxliyə təlimlərinin keçirilməsini koordinasiya etmək və sonda hesabatın rəhbərlik ilə paylaşılmasını təmin etmək;
  • İstehsalat və sahələr üçün tələb edilən yanğın avadanlıqlarının sifarişinin yaradılmasına əmin olmaq;
  • Rəhbərliyin təlimatına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək.

 

Namizədə tələblər:

 

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təhsil tələbi: Minimum orta-texniki təhsil; Müvafiq sahə üzrə texniki bakalavr təhsili ( Fövqəladə hallar və həyat fəaliyyəti təhlükəsizlik mühəndisliyi və buna müvafiq digər texniki ixtisaslar) üstünlük hesab olunur.
  • İngilis dili-B1 ,Türk dili- B1 səviyyədə üstünlükdür;
  • Microsoft Office  (Word, Excel, PowerPoint, Outlook) proqramlarını bilmək üstünlükdür;
  • Yanğından Mühafizə,Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydaları və normalarından məlumatlı olmaq;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Yanğından mühafizə və zavodda yerləşən bütün qurğular üzrə biliklərin artırılması və özünü bu yöndə inkişaf etdirməsi;
  • Müvafiq iş standartları və prosedurlarının,işin təhlükəsiz yerinə yetirilməsi üçün sistemlərin hazırlanmasında bacarıqlar.

 

İş yeri: Karbamid zavodu

 

Son müraciət tarixi: 13.11.2026

 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

 

Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az  ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.