Yükqaldırma və daşınma işləri üzrə mühəndis
Date: 2 okt 2026
Location: Bakı, AZ
Company: SOCAR
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
Vəzifənin adı: Yükqaldırma və daşıma işləri üzrə mühəndis
SOCAR Downstream MMC, Təmirə dəstək bölməsində Yükqaldırma və daşıma işləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İş Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit qaydalarına riayət etmək və iş standartlarına ISO 9001, ISO 14001, İSO 45001 uyğun işləmək; Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək.
- Cavabdeh olduğu sahə üzrə hazırkı qanunların və şirkətdaxili qayda-qanunların tələblərini yerinə yetirmək.
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
- SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək.
- Zavodda Podratçı şirkətin görəcəyi yük qaldırma və yük daşıma işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət edilməsi.
- SAP proqramında yaradılmış olan iş bildirişi, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi.
- SAP üzrə işçilərin və bitmiş işləri təsdiq etmək.
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək.
- Əsaslı təmirə hazırlıq zamanı cavabdeh olduğu bütün yük qaldırma işlərinin həcmini çıxartmaq uyğun olaraq yükqaldırma planlarının hazırlanması və ehtiyac olan bütün texnikaların siyahısının hazırlanması.
- Əsaslı təmir zamanı planlaşdırılmış işlərin cavabdeh olduğu sahədə podratçıların işlərini təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək.
- Zavod ərazisində podratçı şirkətlərin görəcəyi yük qaldırma əməliyyatlarına prosedura uyğun olaraq işlərin aparılmasına nəzarət etmək.
- Bütün yükqaldırma planlarına icazənin verilməsinə və ehtiyac yarandığı halda daha yüksək (üst mütəxəssislər tərəfindən) nəzərdən keçirmənin və təsdiq edilmənin tələb edilməsinə;
- Zavod ərazisinə daxil olan bütün mobil yükqaldırma avadanlıqlarına (SOCAR -a və digər fiziki və hüquqi şəxslərə məxsus ) nəzarət edilməsinə və yoxlanılmasını təmin etmək.
- Yükqaldırma əməliyyatları üzrə qeydiyyat, hesabat və sənədləşməni aparmaq və müvafiq sənədlərin arxivləşdirilməsini təmin etmək.
- Takelaj avadanlıqları anbarının düzgün idarə olunmasına nəzarətin təmin edilməsi.
- Yükqaldırma avadanlıqlarının (üçüncü tərəflərin müvafiq yükqaldırma avadanlıqları daxil) sertifikatlaşdırılmasına, vaxtaşırı hərtərəfli yoxlanılmasına və ehtiyac yarandığı halda sınaqdan keçirilməsini təmin etmək.
- Yararsız yükqaldırma avadanlıqların və aksesuarlarının istismardan çıxarılmasını təmin etmək.
- Yükqaldırma avadanlıqların və aksesuarlarının serifkatlarının uyğunluğunun yoxlanılması və təmin edilməsi.
- Zavod ərazsində çətin və mürəkkəb yük qaldırma işlərində yük qaldırma planlarının yaradılması.
- İşçilərin və podratçıların yük qaldırma proseduruna uyğun olaraq işlərin aparılmasını təmin etmək.
- Sahənin yükqaldırma koordinatorunun vəzifəsi sahə səviyyəsində bütün yükqaldırma əməliyyatlarını və əlaqəli fəaliyyətləri idarə etmək, riskləri müəyyən etmək və azaltmaq üçün nəzarəti təmin etmək.
- Yükqaldırma əməliyyatlarının prosedura tam uyğun olaraq planlaşdırılmasına və icra edilməsinə nəzarət etmək.
- Risklərin qiymətləndirilmə prosesinin həyata keçirilməsi.
- Nəqliyyat subpodratçısının idarə edilməsi və əlaqələndirilməsi
- Cavabdeh olduğu avadanlıqların servisi və təmiri ilə bağlı fəaliyyətlərin planlaşdırılması üçün əraziyə səfərlərin edilməsi.
- Kritik yük qaldırma fəaliyyətlərinin əlaqələndirilməsi.
- Daşıma və qaldırma fəaliyyətləri ilə bağlı bütün texniki xidmət sahələrindən gələn tələbatı podratçı şirkətlərlə əlaqələndirilməsi və təmin edilməsi
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək.
- Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat verilməsi.
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
- Çalışdığı bölmədə rəhbərinin bütün göstərişlərinə əməl etmək.
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
- Yük qaldırma və nəqliyyat işləri üzrə bağlanmış müqavilələrinin həcmlərinin və məbləğlərinin izlənilməsi.
- Zavod üzrə xüsusi texnikalar üzrə xidmət göstərən podratçı şirkətin texniki şərtnaməsini hazır etmək.
- Zavoda ehtiyac olan yük qaldırma aksesuarları və avdanlıqlarının alınmasında satınalma tələbnaməsii yaratmaq.
Namizədə tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Müvafiq sahə üzrə ali təhsil
Sertifikatlar:
- Təyin olunmuş şəxs (Appointed Person) – kran əməliyyatları
- Təyin olunmuş şəxs (Appointed Person) – rigging/takelaj işləri
- OPITO Level 3 – Rigger
- Rigging loftunun idarə edilməsi
İş yeri: Heydər Əliyev adına Neft emalı Zavodu
Son müraciət tarixi: 13.10.2026
Vakansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 50 665 69 13 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.