Vəzifənin adı: Yükqaldırma üzrə böyük mühəndis
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 1,2,3,5,7 saylı tikinti quraşdırma bölümü, Anbar Təsərrüfatı bölümü və Dəmir Beton Məmulatları istehsalı bölümü
Kateqoriya: Aparıcı mütəxəssis
Vəzifənin adı: Yükqaldırma üzrə böyük mühəndis
Dərəcə: 13
Vakansiya sayı: 7
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Yük qaldırma üzrə işlərin təşkili
1. 1.Yükqaldırma əməliyyatlarının planlaşdırılması
2.Yükqaldırma Planlarının tərtib edilməsi və proseduran tələblərinə uyğun təsdiq edilməsini təşkil olunması
3.Yükqaldırma avadanlıqlarını vizual yoxlayaraq onların istifadə üçün yararlılığının təsdiq edilməsi
4.Yükqaldırma əməliyyatları üçün risklərin qiymətləndirilmə prosesinin həyata keçirilməsi
5.Əməliyyatların təhlükəsiz icrasının təsdiqi, iş öncəsi təlimatların aparılması
6.Yükqaldırma Planları üçün texniki məlumatları əldə edilməsi, hazırlanmasında işçilərə dəstək verilməsi
7.Yükqaldırma avadanlıqlarının istesalçı təlimatlarına uyğun və təhlükəsizlik məhdudiyyətləri daxilində istifadə edilməsinin təmin edilməsi
8.Yükqaldırma əməliyyatları üçün uyğun kran növü, qaldırıcı qurğular, troslar, strop və digər yüktutucu tərtibatların seçilməsi
9.Sahə üzrə yükqaldırma planlarının kateqoriyalaşdırılması və texniki məzmununun düzgünlüyünün yoxlanılması
10.Yükqaldırma avadanlıqlarının (üçüncü tərəflərin müvafiq yükqaldırma avadanlıqları daxil) sertifikatlaşdırılmasına, vaxtaşırı hərtərəfli yoxlanılmasına və ehtiyac yarandığı halda sınaqdan keçirilməsinin təşkili
11.Sahəyə daxil olan bütün yükqaldırma avadanlıqlarına (SOCAR-a və digər fiziki və hüquqi şəxslərə məxsus ) nəzarət edilməsi və yoxlanılması
12.Sahədə istənilən yükqaldırma əməliyyatları ilə məşğul olan bütün heyətin müvafiq təlimlər keçmələrinin və bu prosedura uyğun olaraq səriştəli kimi qiymətləndirilmələrinin təmin edilməsi
13.Yükqaldırma əməliyyatlarının bu prosedura uyğun olaraq təhlükəsiz və ƏİS-nin tələblərinə və qanunvericiliyə uyğun icra edilməsnin təşkili
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Ali təhsil (Müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 2 il iş təcrübəsi
- OPITO mərhələ 3/4 takelajçı və Yükqaldırma təlimi (və ya ekvivalent akreditə edilmiş
nəzəri və praktiki takelajçı və yükqaldırma təlimi) (mərhələ 3)
"Təyin edilmiş şəxs" (Appointed Person) sertifikatları üstünlükdür
BİLMƏLİDİR:
• Yükqaldırma əməliyyatlarının planlaşdırılması, təşkili və icrası üzrə mövcud prosedur, təlimat və standartları.
• Yükqaldırma planlarının hazırlanması, təsdiqlənməsi, kateqoriyalaşdırılması və sahədə tətbiqi qaydalarını.
• Yükqaldırma avadanlıqlarının növlərini, texniki xüsusiyyətlərini ,dövri baxış və sınaq tələblərini.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dərketmə,
Detallara diqqət,
Dürüstlük,
Etik davranış,
Məsuliyyət,
Mühakimə,
Nizam-intizam,
Peşəkarlıq,
Problem analiz etmə,
Qətiyyətlilik,
Şifahi özünüifadə,
Stresin idarə edilməsi,
İşi təqib etmə,
Yazılı özünüifadə,
Microsoft Excel,
Microsoft Word,
Microsoft PowerPoint,
Qurğuların texniki quruluşu və istismarı,
Yerli və beynəlxalq tələblər və standartlar,
Avadanlıqlara texniki baxış və istismar
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 1344 azn
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Elanın bitmə tarixi: 13.08.2026