Tornaçı

Date: 9 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 3 saylı xidmət sahəsi (QTDDMB)

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    3 saylı xidmət sahəsi (QTDDMB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:       Tornaçı

Dərəcə:                   5

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Mexaniki təmir və quraşdırma işlərinin yerinə yetirilməsi üçün lazım olan ehtiyyat hissələrinin hazırlanması

1.İşə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydalarının tələblərini yerinə yetirilməsi 2.Texniki qulluq göstəriləcək yeri ilkin yanğından mühafizə vasitələri ilə təmin edilməsi 3.Dəzgahın işə salınması, görüləcək işə uyğun tənzimlənməsi (sürətin müəyyən edilməsi, lazımi kəskilərin seçimi və s.)

Torna dəzgahına texniki qulluğun göstərilməsi və xırda təmirin yerinə yetirilməsi

1.Gündəlik olaraq texniki baxışın keçirilməsi

 2.Kəsici alətlərin seçilməsi və işə hazır vəziyyətə gətirilməsi

 3.Soyutma sisteminin təmizlənməsi, ötürücü kəmərlərin nizamlanması

Digər fəaliyyətlər

1.Struktur bölmə rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirmək

2.Avadanlığın və alətlərin effektiv istismarını və qorunmasını təmin etmək

3.Tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Peşə təhsili (Müvafiq sahə üzrə)
  • 1 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur.

 

 

  • VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Dürüstlük,

Etik davranış,

Keyfiyyət yönümlülük,

Məsuliyyət,

Nizam-intizam,

Peşəkarlıq,

Şifahi özünüifadə,

Torna dəzgahının istismarı

Mexaniki emal işləri

Detalların təmizlənməsi və yonulması

Araqatların hazırlanamsı

Mexaniki avadanlıqların stend yoxlamasından keçirilməsi

 

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      5.33 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
  • Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 

 

 Bilməlidir

• Detalların   qurulma   və  yoxlama üsullarını;

• Müxtəlif konstruksiyalı torna dəzgahlarının, universal və xüsusi tərtibatların konstruktiv xüsusiyyətlərini və dəqiqliyə yoxlama qaydalarını;

• Plazmalı qızdırma qurğularının texniki xarakteristikalarını və istismar  xüsusiyyətlərini;

• Müxtəlif kəsici alətin həndəsəsini, termik emal, itiləm və tamamlama qaydalarını;

•   Sorğu kitabçaları və dəzgahın pasportu üzrə kəsmə rejimlərini müəyyən etmə qaydalarını;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.    

 

Elanın bitmə tarixi: 11.09.2026