Vəzifənin adı:  Texniki Nəzarət üzrə aparıcı mühəndis

Description: 

Vəzifənin adı: Texniki Nəzarət üzrə aparıcı mühəndis

SOCAR Downstream MMC Bütünlük və Etibarlılıq Departamenti şöbəsi Texniki Nəzarət üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

 

 

  • SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi;
  • Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin həyata keçirilməsi;
  • Müvafiq qeyd və məlumatların dolğun və düzgün rəsmiləşdirilməsinin aparılması, auditlərə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisin dəstəklənməsi;
  • Təkmilləşdirmə və inkişaf üçün verilən təkliflərin icra edilməsi;
  • Aktivlərin imkanları, keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün böyük mühəndisin dəstəklənməsi;
  • SDM-in sahələrində istismar edilən avadanlıqların texniki vəziyyətinin keyfiyyətinə nəzarət üzrə işlərin yerinə yetirilməsinin təmin edilməsi;
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılması üzrə cədvəllərin tərtib edilməsi;
  • Təsdiq edilmiş cədvəllər əsasında avadanlıqlarda müvafiq yoxlamaların aparılması, yoxlama və çıxdaş aktlarının tərtib edilməsi;
  • Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama və çıxdaş aktlarına uyğunluğuna nəzarət edilməsi;
  • Avadanlıqların pasportlarının tərtib edilməsinə, düzəliş və əlavələrin vaxtında aparılmasına nəzarət edilməsi;
  • Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edilməsi və texniki sənədlərin düzgünlüyünə və dolğunluğuna nəzarət edilməsi;
  • Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatının aparılması, texniki baxış və yoxlamaların həyata keçirilməsi;
  • Avadanlıqlarda baş vermiş qəza vəziyyətlərinin və nasazlıqların xüsusi jurnallarda qeydiyyatının aparılmasına nəzarət edilməsi;
  • Avadanlıqlarda aparılan yoxlama və müayinələrin nəticələri əsasında onların istismara yararlılığı barədə rəy verilməsi;
  • Aşkar edilmiş nöqsanlar haqqında verilmiş rəy və təkliflərin vaxtında yerinə yetirilməsinin yoxlanılması və nəticələr barədə böyük mühəndisə məlumat verilməsi;
  • Sobaların bütün elementlərinin məsul şəxslərlə birlikdə keyfiyyətinin yoxlanılması və müvafiq qaydada sənədləşdirilməsi;
  • Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulların öyrənilməsi və istehsalata tətbiq edilməsi;

 

 

Namizədə tələblər:

 

 

  • Ali texniki təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • API 510, API 570 və API 653 beynəlxalq sertifikatlarına malik olmaq;
  • İngilis dilini peşəkar səviyyədə (Professional Proficiency) bilmək;

 

İş yeri:  SOCAR Downstream MMC

Son müraciət tarixi:  29.09.2026