Təmizləyici qurğuların operatoru
Date: 14 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiyanın təsviri Xidmət qrupu ( İTTB)
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: Xidmət qrupu ( İTTB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Təmizləyici qurğuların operatoru
Dərəcə: 3
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Gücü sutkada 5 min kub m-dək olan təmizləyici qurğular kompleksinə mexanizmlər vasitəsilə xidmət;
• Durulduculardan çöküntünün buraxılması;
• Çirkabın daxil olmasından asılı olaraq qurğunun iş rejiminin tənzimlənməsi;
• Biosüzgəclər bölmələrinin səthi üzrə suyun bölüşdürülməsi, Bölüşdürücü qurğusunun təmizlənməsi;
• Dozalaşdırıcı qurğuların sazlanması, doldurulması və növbə ilə əvəz edilməsi;
• Süzgəcə havanın verilməsi üzərində müşahidə;
• Süzgəclərin səthlərinin suda batmasının aradan qaldırılması; süzülən qatın yumşaldılması;
• Meydançalara və gölməciklərə xidmət;
• Lil meydançalarının kaskadları üzrə çöküntünün düzgün bölüşdürülməsi üzərində müşahidə;
• Açılan qanovların, drenajların lilləşmədən təmizlənməsi və yay mövsümündə alaq otundan, qış mövsümündə buzdan təmizlənməsi;
• Xam çöküntünün və aktiv lilin doldurulması;
• Metantenklərdə çöküntünün səviyyəsi və temperaturu üzərində müşahidə;
• Günbəzaltı səthdə və qaz şəbəkəsində daim qaz təzyiqinin saxlanılması;
• Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında qurğu və mexanizmlərin profilaktik və cari təmirinin aparılması.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Tam orta təhsil
- İş təcrübəsi tələb olunmur.
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 3.3 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
• Təmizləyici qurğuların quruluşunu, onların iş rejimini;
• Kanal və boru kəmərlərinin kommunikasiyalarını;
• Avadanlığın profilaktiki təmir və su yığıcı novların təmizlənmə müddətlərini;
• Dozalaşdırıcı qurğuların, birləşən və ayrılan kommunikasiyalar sistemini, elektronasosları, lilin üfürülməsi və vurulması üzrə avadanlığı;
• Biosüzgəclərdə suyun təmizləmə prosesini, süzülən qatın fraksiyasını, süzgəclərin doldurulma müddətlərinin növbə ilə əvəz edilməsini; biosüzgəclərdə işləmə jurnalının aparılmasını;
• Çirkab suların çöküntüsünün təbii qurutma üsullarını; təbii qurutma qurğularının quruluşu və təyinatını.
Elanın bitmə tarixi: 16.09.2026