Təmizləyici qurğuların operatoru

Date: 14 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vakansiyanın təsviri Xidmət qrupu ( İTTB)

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    Xidmət qrupu ( İTTB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:       Təmizləyici qurğuların operatoru

Dərəcə:                   3

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 • Gücü sutkada 5 min kub m-dək olan təmizləyici qurğular kompleksinə mexanizmlər vasitəsilə xidmət;

• Durulduculardan çöküntünün buraxılması; 

• Çirkabın daxil olmasından asılı olaraq qurğunun iş rejiminin tənzimlənməsi;

• Biosüzgəclər bölmələrinin səthi üzrə suyun bölüşdürülməsi, Bölüşdürücü qurğusunun təmizlənməsi;

• Dozalaşdırıcı qurğuların sazlanması, doldurulması və növbə ilə əvəz edilməsi; 

•  Süzgəcə havanın verilməsi üzərində müşahidə;

•  Süzgəclərin səthlərinin suda batmasının aradan qaldırılması; süzülən qatın yumşaldılması;

•  Meydançalara və gölməciklərə xidmət;

• Lil meydançalarının kaskadları üzrə çöküntünün düzgün bölüşdürülməsi üzərində müşahidə;

•  Açılan qanovların, drenajların lilləşmədən təmizlənməsi və yay mövsümündə alaq otundan, qış mövsümündə buzdan təmizlənməsi;

•   Xam çöküntünün və aktiv lilin doldurulması;

•  Metantenklərdə çöküntünün səviyyəsi və temperaturu üzərində müşahidə;

•  Günbəzaltı səthdə və qaz şəbəkəsində daim qaz təzyiqinin saxlanılması;

• Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında qurğu və mexanizmlərin profilaktik və cari təmirinin aparılması.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Tam orta təhsil
  • İş təcrübəsi tələb olunmur.

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      3.3 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 

 Bilməlidir

• • Təmizləyici qurğuların quruluşunu, onların iş rejimini;

• Kanal və boru kəmərlərinin kommunikasiyalarını;

• Avadanlığın profilaktiki təmir və su yığıcı novların təmizlənmə müddətlərini;

• Dozalaşdırıcı qurğuların, birləşən və ayrılan kommunikasiyalar sistemini, elektronasosları, lilin üfürülməsi və vurulması üzrə avadanlığı;

• Biosüzgəclərdə suyun təmizləmə prosesini, süzülən qatın fraksiyasını, süzgəclərin doldurulma müddətlərinin növbə ilə əvəz edilməsini; biosüzgəclərdə işləmə jurnalının aparılmasını;

• Çirkab suların çöküntüsünün təbii qurutma üsullarını; təbii qurutma qurğularının quruluşu və təyinatını.

 

Elanın bitmə tarixi: 16.09.2026