Təmirə dayanma planlama və proqramlaşdırma üzrə mühəndis

Date: 5 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

 

Müəssisə: SOCAR-ın

Struktur vahidi: Təmirə dayanma

Vəzifənin adı: Planlama və proqramlaşdırma üzrə mühəndis

 

Vəzifənin icra etdiyi funksiyalar:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi,
  • Əsaslı təmir üzrə iş həcminin (scope of work) əsasında detallı iş qrafikləri və resurs planları hazırlamaq (Primavera P6, MS Project və s.),
  • İş növlərinin ardıcıllığını və interfeys əlaqələrini (interface coordination) nəzərə alaraq kritik yol (critical path) və float analizləri aparmaq,
  • Fərqli disiplinlər üzrə (mexanika, elektrik, avtomatika, inşaat) planlaşdırılmış işləri koordinasiya etmək və sinxronlaşdırmaq,
  • Hər bir iş üçün WBS (Work Breakdown Structure) və CBS (Cost Breakdown Structure) strukturlarının hazırlanmasında iştirak,
  • İcra zamanı faktiki məlumatların proqram üzrə yenilənməsi və irəliləyişin izlənməsi (progress tracking),
  • Sahədə texniki gəzintilərdə iştirak edərək planların reallığa uyğunluğunu qiymətləndirmək,
  • Gündəlik, həftəlik və aylıq hesabatların (planned vs actual) hazırlanması və rəhbərliyə təqdim olunması,
  • Resursların (işçi qüvvəsi, alət, avadanlıq, kran və s.) balanslaşdırılması və optimallaşdırılması üçün təhlillər aparmaq,
  • Plan üzrə gecikmələr və potensial riskləri analiz edərək qabaqlayıcı tədbirlər təklif etmək,
  • SAP PM və CMMS sistemləri ilə iş sifarişlərinin və planlamanın inteqrasiyasında iştirakİcra sonrası dərslərin (lessons learned) toplanması və baza biliklərin (knowledge base) yenilənməsi,

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Ali texniki (bakalavr) təhsil (Mühəndislik)
  • Sənaye üzrə ən azı 2 illik iş təcrübəsi
  • Planlaşdırma və proqramlaşdırma üzrə yüksək bilik və bacarıqlar (xüsusilə Primavera P6)
  • Məlumat təhlili və hesabat vermə üzrə bacarıqlar
  • MS Office proqramları və ERP sistemləri (SAP, Maximo və s.) üzrə ümumi təcrübə
  • İngilis və Azərbaycan dillərində sərbəst yazı və danışıq bacarığı (bəzi sənədlərin mənşə dilini nəzərə almaqla rus dili arzuolunandır)