Təmirçi-çilingər

Date: 16 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi təmirçi-çilingər peşəsinə əməkdaş axtarır

 

 

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 

Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi

Peşənin adı: təmirçi - çilingər

Dərəcə: 5

Vəzifənin icra etdiyi funksiyalar:

 1.Xüsusi mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınması, tənzimlənməsi və təmirdən sonra təhvil verməsi işlərini yerinə yetirməsi;

2.Detal və qovşaqların 6-7 kvalitetlər (1-2c dəqiqlik dərəcəsi) üzrə çilingər emalı;

3.Gərgin və kip oturma şəratində qovşaq və avadanlığın sökülməsi, təmiri və yığılması.

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Əsas və ya ümumi orta təhsilli şəxs təyin edilir;
  • Minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə)

Bilməlidir:

  • Təmir edilən avadanlığın, aqreqat və maşınların təmiri, yığılması, sınanması, nizamlanması, qoyulan texniki şərtlərə əsasən  düzgün qurulması qaydalarını bacarıqları;
  • avadanlığın təmiri, yığılması və düzgün quraşdırılması üzrə texnoloji prosesini;
  • mürəkkəb nişanlama üzrə həndəsi quruluşları, detalların vaxtından əvvəl aşınmasını müəyyən etmə üsullarını;
  • köhnəlmiş detalları bərpa edib mökəmləndirmə və qoruyucu örtüyü vurma üsullarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
  • Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.

 

Güzəştlər və imtiyazlar:

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları.