Təmirçi çilingər

Date: 12 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

Təmirçi-çilingər (Suraxanı rayonu)

Vəzifə funksiyaları

Qəza ərazisinə baxış keçirilməsi, sızma və neft ləkələrinin müəyyən edilərək rəhbərliyə məlumat verilməsi, ərazinin təhlükəsizliyinin təmin olunması və xəbərdaredici lentlə əhatəyə alınması.Qəzaya yaxın siyirtmələrin bağlanması, kəmərin üzərinin açılması və təmizlənməsi, sıradan çıxmış hissədən neft axınının dayandırılması.Korroziyaya uğramış hissələrin təmizlənməsi, polad yamaqların quraşdırılması, qaynaq işlərinin aparılması və izolyasiyanın bərpası.Çirklənmiş ərazinin və torpağın təmizlənməsi, neftin vakuum maşını ilə yığılması, tullantıların daşınması, kəmərin torpaqla örtülməsi, siyirtmələrin açılması və görülmüş işlər üzrə aktın imzalanması.Odlu işlərin aparılması üçün icazələrin razılaşdırılması, neft kəmərlərinin və siyirtmələrin texniki vəziyyətinin yoxlanılması və sazlanması.Təmir materiallarının və avadanlıqların daşınması, iş sahəsinin təhlükəsizlik nişanları ilə əhatə olunması.Korroziyaya uğramış hissələrə polad yamaqların qoyulması, fitinqlərin, üçlüklərin, xətti armaturun və baypasların dəyişdirilməsi.Qaynaq işlərinin aparılması, metal dayaqların hazırlanması və quraşdırılması, neft və su-neft qarışığının boşaldılması və vakuum maşını ilə yığılması.Boru kəmərlərinin rənglənməsi və izolyasiya edilməsi, yolların və torpaq qatının bərpası, iş yerinin təmizlənməsi.Əsaslı təmir zamanı hidravlik sınaqlarda iştirak edilməsi, boru xətlərinə mane olan qurğuların kənarlaşdırılması və istismardan çıxarılmış kəmərlərdə neft-su qarışığının boşaldılması.Təmir sahəsinin hazırlanması, material və avadanlıqların daşınması, təhlükəsizlik tədbirlərinin görülməsi.Siyirtmələrin yoxlanılması və sazlanması, çalaların qazılması, boruların qaynaq edilməsi və siyirtmələrin quraşdırılması.Qalıq neftin boşaldılması, vakuum maşınları ilə neft-su qarışığının götürülməsi, boruların kəsilməsi və kəsilmiş hissələrin ərazidən çıxarılması.Təmir başa çatdıqdan sonra ərazinin bərpası və çalaların əks doldurulması.Neft kəmərlərinin və siyirtmələrin texniki vəziyyətinin mütəmadi yoxlanılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması.Eroziya sahələrinin, xidmət yollarının, avtomobil və dəmir yolu keçidlərinin yoxlanılması və bərpası.Kəmər xətti boyunca ərazinin kol-kosdan təmizlənməsi.Magistral kəmərlərin xidmət yollarının hamarlanması və bərpası, xəbərdaredici nişanların quraşdırılması, selötürücülərin təmizlənməsi və yenilərinin quraşdırılması.Yerüstü kəmərlərin dəmir-beton dayaqlarının, mühafizə hasarlarının və xidmət meydançalarının təmiri.Yanğınsöndürmə və su təchizatı sistemlərində yararsız hissələrin dəyişdirilməsi, avadanlıqların və ərazilərin rənglənməsi, səki və yolların təmiri.Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi, korroziyadan mühafizə və qəzaların qarşısının alınması üzrə tədbirlərin görülməsi.Qəza və sızma zamanı qəza planına uyğun hərəkət edilməsi, neftin ətrafa yayılmasının qarşısının alınması və qəza avadanlıqlarının saz vəziyyətdə saxlanılması.Qaldırıcı mexanizmlərin buraz və ilgəklərinin yoxlanılması, müxtəlif avadanlıq və mexanizmlərin təmiri, quraşdırılması və sınaqdan keçirilməsi.Təmir edilmiş avadanlıqların yoxlanılması, alətlərin saz və təmiz saxlanılması, ekoloji tədbirlərdə iştirak edilməsi.Ətraf mühitin çirklənməsinin qarşısının alınması, əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik, həmçinin daxili intizam qaydalarına riayət olunması.

Bilməlidir

İş növləri və peşələr üzrə ƏMTT təlimatını; əməyin sağlamlığı və təhlükəsizliyi sistemini;yanğının söndürülməsi üsullarını;texnoloji avadanlıqlara və qurğulara qulluq, təmir və baxış qaydalarını;texnoloji avadanlıqların və qurğuların quraşdırılması və istismarı qaydalarını;mexaniki avadanlıqlara və qurğulara baxış və qulluq qaydalarını;mexaniki avadanlıqların və qurğuların sökülməsi, təmiri və quraşdırılması qaydalarını;yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını;təmir-tikinti işlərini;kabel muftasının hazırlanması qaydalarını;mexaniki emal işlərini;kəmərlərin hazırlanması qaydalarını;neft-qaz istismarı və xidmət avadanlıqlarına və qurğularına baxış qaydalarını;neft-qaz istismarı və xidmət avadanlıqlarının və qurğularının təmiri, sökülməsi və quraşdırılması qaydalarını.

Kvalifikasiya tələbləri

Təhsil tələbi: Tam orta təhsil

İş təcrübəsi: Tələb olunmur

Əmək haqqı və iş şəraiti

Vəzifə (tarif) maaşı: Saatlıq əmək haqqı – 4,33 AZN

Orta aylıq əməkhaqqı:  694,00 AZN

Zərərli iş şəraitinə görə əlavə ödəniş: 4%

Qidalanma: Hər iş günü üçün 5,00 AZN

Tibbi sığorta: Təmin edilir

İş rejimi: Tam iş vaxtı, həftədə 40 saat

İş yeri: Suraxanı rayonu, Şəhər şossesi 18

İş Şərtləri

Quru