Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis

Date: 29 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR Baş ofis, Təşkilatı İnkişaf Departamentinin Təşkilati inkişaf proqramlarının və İR funksiyalarının rəqəmsallaşdırılmasının əlaqələndirilməsi şöbəsində təşkilati inkişaf üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Təşkilati inkişaf layihələri üzrə texniki tapşırıqların müəyyənləşdirilməsində iştirak etmək; 
  • Layihələrin icra gedişatını təhlil etmək, əsas problemlərin və risklərin aradan qaldırılması üzrə təklif və tövsiyələr hazırlamaq;
  • Dəyişikliklərə dair sənədlər, icra vəziyyəti üzrə hesabatlar və digər müvafiq qeydlər daxil olmaqla, layihə sənədlərinin dəqiq şəkildə aparılmasını təmin etmək;
  • Təşkilati inkişaf layihələrinin idarə edilməsi metodologiyasının təkmilləşdirilməsində iştirak etmək;
  • Layihələrin səmərəliliyinin artırılması və nəzərdə tutulan nəticələrin maksimum səviyyədə təmin edilməsi məqsədilə resursların düzgün bölüşdürülməsinə dəstək göstərmək;
  • Müvafiq layihələrin koordinasiyasını, planlaşdırılmasını, büdcələşdirilməsini və monitorinqini həyata keçirmək;
  • Müəyyən edilmiş standartlara və qabaqcıl təcrübələrə riayət etməklə təşkilati məqsədlərə nail olunmasına dəstək göstərmək;
  • Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin icra vəziyyəti və gedişatı barədə hesabatlar hazırlamaq.

 

Namizədə tələblər:

 

  • Biznesin idarə edilməsi, menecment, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • Layihələrin idarə edilməsi və ya layihə koordinatoru vəzifəsində minimum 5 il iş təcrübəsi (təşkilati inkişaf, biznes proseslərinin tətbiqinin idarə edilməsi və/və ya koordinasiyası sahəsində təcrübəyə üstünlük verilir);
  • Təşkilati inkişaf istiqamətində layihə idarəetmə prosesləri və metodologiyaları üzrə biliklər və onların hazırlanması bacarığı;
  • Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı, Microsoft Office proqramları və Power BI üzrə yüksək səviyyədə biliklər;
  • Güclü yazılı və şifahi ünsiyyət, eləcə də danışıqların aparılması bacarıqları;
  • Əməkdaşlıq, təqdimat və təşkilatçılıq bacarıqları;
  • Problemlərin həlli, münaqişələrin idarə edilməsi və tənqidi düşünmə bacarıqları;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
  • PMP sertifikatının olması üstünlükdür.

 

Biz nə təklif edirik?

 

  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.

 

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Son müraciət tarixi: 05.10.2026