Vəzifənin adı: Statik avadanlıqlar üzrə böyük mühəndis
Vakansiya: Statik avadanlıqlar üzrə böyük mühəndis
SOCAR Downstream MMC, Mühəndislik Departamenti, Statik avadanlıqlar üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
Əsas vəzifə öhdəlikləri:
- Lahiyələrin idarə olunması üzrə texniki məsləhətçi (PMC) kimi təhkim olunduqda:
- Podratçı təşkilatların hazırladığı layihələrdə, statik avandalıqların texniki sənədlərinə (spesifikasiyalar, texniki cizgilər, satınalma tələbnaməsi, təkliflərin texniki qiymətləndirilməsi, hesabatlar və s.) mexaniki spesifikasiyalara/ən yaxşı praktikalara/norma və standardlara uyğunluğu üzrə rəylərin verilməsi və Podratçıların sorğularının cavablandırılması;
- İstehsalçı və ya podratçıların təkliflərinin araşdırılması, uyğunluq üzrə qiymətləndirilməsi və müvafiq rəyin verilməsi;
- Istismar (əməliyyat) işlərində layihəçi roluna təhkim edildikdə:
- Statik avadanlıqlar üzrə layihə spesifikasıyalarının, texniki məlumat cədvəllərinin və satınalma tələbnamələrinin hazırlanması;
- Təkliflərin texniki qiymətləndirilməsi hesabatının hazırlanması, istehsalçılarla texniki iclaslarda sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
- İstehsalçılarla, layihəyə başlama və kordinasiya iclaslarında iştirak etmək;
- Statik avadanlıqlar üzrə istehsalçı sənədlərinin yoxlanılması və rəylərin bildirilməsi, sənədlərə nəzarət;
- Mexanika işləri üzrə böyük mühəndislə birgə layihə spesifikasiyalarından
Namizədə tələblər:
- Neft-Qaz və Neft-Kimya sektorundakı lahiyələrdə əsas kontraktorlarla iş təcrübəsi və statik avadanlıqların lahiyələndirilməsi üzrə minimum 8-10 illik təcrübə.
- Mexanika mühəndisliyi üzrə Bakalavr və ya Magistr təhsili;
- Nəzarət altında, həmçinin müstəqil olaraq mühəndsilik prinsiplərinə, prosedurlara və standartların tələblərinə uyğun şəkildə işin icrası;
- İşin icrasının son tarixinə qədər uğurlu şəkildə tamamlanması və dəyişikliklərə adaptasiya;
- Departamentlər arası komanda üzvləri və müştərilərlə yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Təklifin dəyərləndirilməsindən, dizayn və layihələndirmədən, mühəndis hesablamalarından, xərclərin qiymətlənidirlməsindən sifarişçi rəylərinə qədər bütün layihə ilə əlaqəli mexanika mühəndisliyi işlərində işləməyi bacarmalıdır;
- Dizayn mərhələsinin mexanika mühəndisliyinə dair bütün məsələlərində digərlərini SƏTƏM qaydalarına riayət etmək üçün yönləndirməlidir;
- PV Elite, COMPRESS, AMETank və ya ekvivalent proqram təminatından istifadə etməklə statik avadanlıqların mexaniki analizlərinin və dizaynının aparılması üzrə praktiki iş təcrübəsi
- İstilik Dəyişdiricilər, Təzyiq Çənləri, Saxlanc Çənləri kimi statik avadanlıqların iş prinsipləri və ASME VIII, API 660, API 661, TEMA, API 650 və s. kimi müvafiq Beynəlxalq Standardları üzrə dərin biliklər.
İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu)
Son müraciət tarixi: 10 Oktyabr 2026
Vakansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 50 665 69 13 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.